sevgi

Sevgilinizi düzgün seçməmisinizsə – 5 işarə

Baxış sayı: 1. 792

Qarşınızdakı insana ürəklə “sevgilim” deyə bilmirsinizsə, demək, münasibətləriniz siz istəyən deyil. Daha doğrusu, axtardığınız adam “O” deyil. Bunu anlamağın bir neçə yolu var. “Gencaile.az” Aile.lent.az-a istinadən qarşınızdakının arzuladığınız insan olub-olmamasına anlamağınıza kömək edən 5 işarə ilə sizi tanış edir.

1. Gərgin anlarında istəmədiyiniz birinə çevrilirsə

“Birinin əsl üzünü onu əsəbiləşdirdikdə görmək olar” sözü əbəs yerə deyilməyib. Gərgin anlarda qarşınızdakının rəftarını yaxşı müşahidə edin. Misal üçün, yolda maşınla gedərkən təkər partlayır. Necə davranır? Stress və sinirlə qışqırıb-bağırırmı, yoxsa sakinliyini qoruyub problemi həll etməyə çalışırmı? Əgər onunla olduqda hər hansı problemin yaranacağından qorxursunuzsa və “ Aman, heç bir bir problem olmasın, başımız ağrımasın” deyirsinizsə, bu münasibəti davam etdirməsəniz yaxşıdır. Çünki münasibəti davam etdirdikcə başınızın daha çox ağrıyacağını unutmayın. Ondan qaçaraq uzaqlaşın.

2. Onunla birlikdə olmaqdan sıxılıırsınızsa

Deyə bilərsiniz ki, bir adamdan sıxılırıqsa, hər halda onunla nə işimiz var?! Söhbət 7/24 darıxmaqdan getmir. Onunla tək qaldığınız anlarda nə hiss etdiyiniz vacibdir. Davamlı olaraq dostlarınızın da sizinlə birlikdə olmasını istəyirsiniz? Onunla birlikdə olduqda əslində başqa bir yerdə olmağı arzulayırsınız? Əgər belədirsə, demək qarşınızdakı insan sizə görə biri deyil. Ona görə də bunu anlamaq üçün mütləq bir neçə dəfə ikiniz birlikdə uzun zaman keçirin. İkiniz bir yerdə olanda saatı sayırsınızsa, başqa yerdə olmaq istəyirsinizsə və ya bir an əvvəl evinizə dönmək istəyirsinizsə QAYIDIN!

3. Oxşar dəyərlərə sahib deyilsinizsə

Oxşar fikirlərə sahib olmaq məcburiyyətində deyilsiniz. Tamamilə zidd görüşlərdə belə olsanız məntiqli müzakirələr edə bilirsinizsə, rahat bir şəkildə səhv başa düşülməkdən qorxmadan fikirlərinizi açıqlayırsınızsa, uşaq böyütmək mövzusunda düşüncələriniz oxşardırsa, dostlarınız mövzusunda eyni nöqtələrdə dayanırsınızsa qarşınızdakı insan sizə uyğundur. Yox, əgər müzakirə etmək sevməkdən daha çətindirsə onunla münasibəti olduğu yerdə saxlayın.

4. Gülməkdən daha çox ağlayırsınızsa

Gözünüzün yaşı davamlı olaraq gözlərinizdəki sevincdən çoxdursa, o adam sizə uyğun biri deyil. Kiminlə gülürsünüzsə, kiminlə xoşbəxtsinizsə, kimin yanında özünüzü rahat hiss edirsinizsə onunla olun. Əks təqdirdə, daim gözlərdə yaşla həyat olmaz. Həyatınızı elə insanla qurun ki, 70 yaşına çatdıqda gözlərinizin kənarı ağlamaqdan deyil, gülməkdən qırışmış olsun.

5. İnkişaf etmirsə və ya inkişafınızı dəstək olmursa

Sözsüz ki, heç kim mükəmməl deyil. O da mükəmməl deyil, siz də. Hamımız həyatımızda, işimizdə və münasibətlərimizdə bir çox səhvlər edirik. İndiki vəziyyətə gəlməyimizdə də səhvlərimiz, tənqidlər böyük rol oynayıb. Lakin əgər onunla münasibətə başladığınız vaxtdan indiyədək özünü yaxşı istiqamətdə inkişaf etdirmirsə, ruhən, romantik, fiziki və maliyyə baxımından daha yaxşı olmaq meylində deyilsə, üstəlik, sizin özünüzü inkişaf etdirməniz mövzusunda da dəstək vermək əvəzinə mane olursa, daim sizə yüklənmiş kimi davranırsa düzgün insanı seçməmisiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir