sevgi

Sevgilinizin doğru insan olduğunu necə anlamalısınız?

Baxış sayı: 1. 248

Sevgi ən gözəl duyğulardan biri olsa da təəssüf ki, bəzən duyğular qarşılıqlı olmaya bilir və ya zamanla azala bilir.

Sizin üçün doğru adam ailənizə hörmət edəcək və onları qəbul edəcək şəxsdir. Lakin unutmayın, hörmət və sevgi bir-birindən fərqli iki duyğudur.

“Gencaile.az” sevgilinizin doğru insan olduğunu necə anlayacağınızla bağlı sizə bəzi məsləhətlər verir.

Hər sevən insan kimi sevdiyiniz adamın yanında bir az axmaqlaya bilərsiniz. Bu hər kəsin başına gələ bilər. Lakin doğru şəxs bunu əhəmiyyətli hesab etməz və sizdən əsla utanmaz.

Hirslərinə nəzarət edə bilirsə

Təbii ki, bəzən bir-birinizi hirsləndirən davranışlarınız da olacaq. Amma bunun da bir ölçüsü var. Əgər sevgiliniz sizinlə mübahisə edərkən idarədən çıxmırsa, doğru şəxs olduğunu düşünə bilərsiniz.

Eyni fikirdə olmasanız belə hörmət duyursa

Hər mövzuda eyni fikirdə olacaqsınız deyə bir şey yoxdur. Onsuz da belə bir əlaqə də çox darıxdırıcı ola bilər. Lakin bir-birinizə hörmət etməyiniz şərtdir.

Sizin dedi-qodunuzu  etmirsə

Sevgilinizin sizin haqqında başqalarına nə dediyi bəlkə də ən əhəmiyyətli məqamlardan biridir. Sizin üçün doğru olan adam heç vaxt dedi-qodunuzu etməməli və haqqınızda pis cümlələr qurmamalıdır.

Zarafat anlayışınız uyumludursa

Zarafat anlayışınız bir-birinizlə uyumludursa və etdiyiniz zarafatlara gülürsə doğru insan ilə birlikdə olduğunuzda bir şəkildə rabitənizin tutduğunu hiss edərsiniz. Zarafat anlayışınızın uyğun olması, beyninizin uyğun çalışdığını göstərir.

Toplum içində sizdən şikayət etmirlərsə

Yoldaşlarınız ilə birlikdə ikən sizdən şikayət etmək yerinə təriflə bəhs edirsə, doğru insanla qarşı-qarşıyasınız deməkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir