ayaqlar

Sevgilinizin xasiyyətini ayaqlarından öyrənin

Baxış sayı: 162

Qarşınızdakı insanın ayaq forması və barmaqlarından sizə uyğun sevgili olub-olmadığını anlaya bilərsiniz.

– Tərəf müqabilinizin ayaq bazası hündürdürsə və boşluğu bəlli dərəcədə çoxdursa, demək, azad ruhlu xarakteri var. Özünə aid zamanı keyfiyyətli keçirmək istəyir. Buna görə də tək qalmaq istədikdə onu günahlandırmayın və beynini dincəltməsinə imkan verin.

– Ayaq bazası düzdürsə, tək qalmağı sevməyən insanla qarşılaşmısınız. Həddən artıq ictimai insan olması, bəzən sizi narahat edə bilər. Amma heç nə edə bilməzsiniz. Çünki evə bağlanmaq və özü ilə baş-başa qalmaq onlara görə bir vəziyyət deyil.

– Sevgilinizin yumru və qabarıq topuqları varsa, bir az utancaq ola bilər. Buna görə də yeni daxil olduğu mühitlərə asanlıqla alışmır.

– Partnyorunuzun ayaq barmaqları kvadrat şəklindədirsə, qorxmanıza heç ehtiyac yoxdur. Çünki o, günün hər saatı sizi düşünür və sizinlə yaşayır. Amma barmaqları yumrudursa, sizi düşünməsə belə, düşünürmüş kimi göstərməyi çox sevir.

– Baş barmaqlar digərlərindən uzundursa, sevgilinizi aldatmaq heç asan olmayacaq. Çünki inanılmaz ağıllı və yaradıcı düşünmə qabiliyyəti var. Digər tərəfdən, onun sayəsində münasibətlərinizdəki problemləri qısa zamanda həll edə bilərsiniz.

– Sevgilinizin baş barmağı nisbətən daha genişdirsə, özünüzü onun qarşısında gücsüz hiss edə bilərsiniz. Çünki o, insanları razı salmaq üçün cazibəsini istifadə etməkdən çəkinmir. İstədiyi fikirləri sizə mənimsədə və qəbul etdirə bilər. Buna görə də sevgilinizin bu qabiliyyətindən qorxsanız yaxşı olar.

– Tərəf müqabilinizin ikinci barmağı digərlərindən uzundursa, dərhal ondan uzaqlaşın. Hind mədəniyyətində belə analar qızlarının bu cür ayağa sahib olan biri ilə evlənməsini istəməzlər. İkinci barmağı uzun olan insanlar bacarıqlı olsalar da, lider ədaları var. Çox tez əsəbiləşərlər və hər şeyi şişirdirlər.– Əgər ikinci barmağı digərlərindən qısadırsa, duyğularını bəlli etməsini gözləməyin və onu bu şəkildə qəbul etməyə çalışın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir