Couple at coffee bar

Sevgilinizlə ilk görüşdə necə geyinməlisiniz?

Baxış sayı: 1. 975

İlk görüş çox vacibdir. Görüş vaxtı əhval-ruhiyyəmiz və söhbətimiz qədər vacib olan bir məqam varsa, bu da geyimdir. İlk görüşə hazırlaşmaq olduqca həyəcanlı olur. Xüsusilə də biz qadınlar geyimimiz barədə çox həssas və diqqətliyik. Nə geyinməliyik? Necə geyinməliyik? Hansı rəngi seçməliyik? Ondan başlayaq…Sizin üçün araşdırdığımız bəzi ipuclarını paylaşırıq.

Nə geyinməli, nə geyinməməliyik?

Hər kəs fərqli tərzə malikdir. Ona görə təkidlə bunu geyinin, bunu geyinməyin şəklində məsləhət vermək düzgün olmazdı. Amma bəzi diqqət etməli olduğumuz incə məqamlar var. Əvvəla özünüzü ən rahat hiss etdiyiniz geyim seçin. Təmiz, pak, sadə geyinməyə çalışın. Xoş ətirdən istifadə edin, həddindən artıq vurmayın. Trend və bahalı geyinmək məcburiyyətində deyilsiniz. Sadə, şıq bir donla, yaxud ətək və köynəklə xoş görünüş yarada bilərsiniz. Tək çiyni açıq köynək geyinməklə daha xoş və zərif görünə bilərsiniz. Ətəyi həddindən artıq qısa geyinməyin. Bütün günü ətəyinizi çəkə-çəkə qalacaqsınız.

İlk görüşdə hansı rəng geyim seçməliyik?

İlk görüşdə seçdiyimiz geyimin rəngi qarşımızdakına bizim haqqımızda bəzi ipuclarını verir. Buna görə də görüşə gedəndə özünüzü ifadə etmək üçün seçdiyiniz rəngə də diqqət etməlisiniz.

Qırmızı

Risk almağı sevən, cəsur və güclü olduğunuzu qırmızı rənglə vurğulaya bilərsiniz. Yaqut qırmızısı, şərab rəngi, narçiçəyi, albalı qırmızısı, narıncı da seçimləriniz arasında ola bilər.

Ağ/krem

Başdan ayağa tamamilə ağ və krem rəng geyinmək istəyirsinizsə, geyiminizi tox rənglərdən də istifadə edərək rəng ahəngini tarazlayın. Çünki ancaq ağ və krem rəng üz cizgilərinizin və mimiklərinizin yox olmasına səbəb ola bilər.

Qara

Risksiz olsun deyirsinizsə qara geyinmək seçimlər arasında ola bilər. Ancaq sırf qara geyinməyin. Geyiminizə başqa rəngi də daxil edin. Çünki qara geyinmək qarşınızdakı insanda sizinlə bağlı çoxlu suallara səbəb olacaq.

Çəhrayının çalarları

Çəhrayının çalarları empatiyanı, nəzakəti, yumşaqlığı göstərir. İlk görüşdə belə təəssürat yaratmaq istəyirsinizsə, çəhrayının istənilən çalarından geyiminizdə istifadə edin.

Yaşıl

Etibarlı, canlı, qərarlı insan təəssüratı yaratmaq istəyirsinizsə yaşıl geyinin. Fıstıq yaşılı, yaşıl alma, söyüd rəngi yaşıl, zümrüd yaşılı və s., yaşılın sizə yaraşan çalarını seçə bilərsiniz.

Dinc mavi

Ən sevilən rənglərdən biri də sözsüz ki, mavidir. Mavi sakit, əlçatmaz olmadığınızı və məsuliyyətli insan olduğunuzu ifadə edir. Siz də əgər belə təbiətə maliksinizsə, mavi sizin üçün ən düzgün seçimdi.

Torpaq rəngləri

Torpaq rənglər ayaqlarınızın üstündə mökəm durmağı bacaran insan olduğunuzu göstərir. Sizə yaraşan karamel, kamel, südlü qəhvə və qəhvəyinin digər çalarlarını seçməyiniz yerinə düşər.

Sarı

Sarı rəng müsbət enerji, yaradıcılıq bəxş edən edən rənglərdəndir. Amma 20 dəqiqədən uzun çəkən görüşlərdə gözü yorur. Odur ki xardal rəngi, günəbaxan və sarının başqa isti çalarlarını seçməklə düzgün addım atacaqsınız.

Bənövşəyi

Fərqli olduğunuzu vurğulamaq istəyirsinizsə, yasəmən, lavanda, gavalı rəngi bənövşəyi və onun digər çalarlarından birini seçə bilərsiniz.

Əyləncəli narıncı

Sosial və istiqanlı olduğunuzu göstərən narıncını geyinərkən diqqət edin. “Daimi” enerjidən çox,”anlıq” enerji sahibi təəssüratı yarada bilir. Narıncının mango kimi açıq çalarlarını seçin.

Boz

Boz rəng hər nə qədər göz yormayan rəng olsa da, bəzən sizi siz kimi əks etdirmək üçün kifayət etmir. Odur ki, boz geyinəndə onunla birlikdə sevdiyiniz ikinci rəngi geyiminizə daxil edin. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir