mektub

Sevgiliyə ad günü məktubu

Baxış sayı: 1. 608

Sevgilinizə unudulmaz bir ad günü hədiyyəsi vermək istəyirsinizsə, hisslərinizi ifadə edən bir məktub göndərin. Sevgiliyə doğum günü məktubu ilə duyğularınıza tərcüməçi olun. Diləsəniz, bu məktubu əl yazısıyla gözəl bir kağıza keçirib sevgilinizə verə bilərsiniz.

 

Bir ömrün ən yoxuşlu yerindəydim, sonra birdən sən gəldin. Gəldin və bildiyim hər şeyi dəyişdirdin. İçində ümid olan bir səfərin başlanğıcı oldu mənim üçün və səninlə sanki yenidən dünyaya gəldim.

Bəzən, gözlərində itib getdiyim xəyal saatlarında, səninlə keçirilən günlərə dua edirəm və təşəkkür edirəm Tanrıya, sənin sevgini hədiyyə etdiyi üçün mənə.

Varlığın, illərcə içimdə yığılıb sərtləşən bütün qorxuları tək tək uzaqlaşır. Qara olan nə varsa, yer üzündə, səninlə ağa dönür.

Ağlımı, ruhumu, bədənimi təslim alırsan nə vaxt öpsən dodaqlarımı. Bir sevişmənin dua kimi, mərasim kimi yaşandığı dəqiqətləri dadöram səninlə.

Hər şey böyük bir xaoskən həyatımda, sən gəlincə dayanır həyatın qarışıqlığı. Sanki səndən daha dəyərli deyil dünya və o qədəri mənə bəs edir.

Ömrümün ən gözəl anlarına şahidlik edən yol yoldaşım, əlbəttə hesabsız bir xəyal arxasındayam səninlə.Heç bir qarşılıq olmadan sevdalıyam sənə ağlımla.

Ürəyimin bitməyən cümlələri var, halbuki mən həmişə başqa zalımların əllərində tükəndiyimi zənn edirdim. Səninlə xatırlamağa çalışdığım bir mahnı kimi, dilimin ucunda keçmişin pis günləri…

Yağışlı gecələrdə pəncərəmə vuran damlalar, yaz günəşi və hətta baharda bir anda otağımdan içəri dolan çiçək qoxusu sənsən. Sənsən ömrümün səbəbi və heç bitməyən bir şeir kimi sevilecəksən.

Gün işığı ilə yuduğu ürəyimin, artıq sahibi də sənsən, səbəbi də… Nə qədər sevə bilirsənsə sev çünki, bədənimi də sənə təqdim etdim mən bütün ürəyimlə.

İndi uzun illər bu şəhərdə heç sənə rastlamadan keçirdiyim o kimsəsiz günləri düşündükcə; səni bir daha sevirəm. Varlığın yaxşı gəlir özümə, bir yerlərdə məni sevdiyini bildiyimdən sakitləşirəm.

Seni ağılımda saxlayır, içimdə hiss edirəm. Doğum günün mübarək olsun sevdiyim! Heç bezmədən sevdiyim sevdamsan, hər yeni yaşında yanında olmağı istəyirəm. Bu ömrü birlikdə bitirək deyə dua edirəm, çünki səni çox sevirəm.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir