salat

“Sevir, sevmir?” – Fransız çobanyastığı – RESEPT

Baxış sayı: 1. 940

Tərkibi:

2 baş soğan
4 yumurta
2-3 turş alma
200 q bərk pendir
mayonez

bəzək:
3-4 cəfəri yarpağı
1/3 yerkökü
2-3 yumurta

Soğanı təmizləyib xırda doğrayın, üzərinə qaynar su töküb beş dəqiqə saxlayın, süzün.
Yumurtanı suda bişirib sürtgəcdən keçirin.
Almanı təmizləyib sürtgəcdən keçirin.
Pendiri sürtgəcin xırda gözündən keçirin.

Lay-lay düzün:
Soğan + mayonez + yumurta + mayonez + alma + mayonez + pendir.

Yumurta, yerkökü və cəfəridən şəkildə gördüyünüz qaydada çobanyastığı düzəldin.

Daha “qəliz” salat istəyirsiniz? “Çobanyastığı” salatının daha iki variantını təqdim edirik:

1-ci variant

Tərkibi: 1 dəstə kahı, 0,5 st. bişmiş düyü, 1 banka yağda qorbuşa, 1 yerkökü, 2 təzə xiyar, 4 yumurta, mayonez, göyərti.

Aralarına mayonez çəkməklə lay-lay düzün: xırda doğranmış kahı + düyü + əzilmiş balıq + yağda qovrulmuş yerkökü + kubik doğranmış xiyar + sürtgəcdən keçirilmiş yumurta + göyərti.

2-ci variant:

Tərkibi: 300 q toyuq ciyəri, 300 q soğanla qovrulmuş şampinyon, 3 yumurta, 100 q bərk pendir, mayonez.

Aralarına mayonez çəkməklə lay-lay düzün: bişmiş toyuq ciyəri + soğanla qovrulmuş şampinyon + sürtgəcdən keçirilmiş yumurta + pendir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir