toy

Şəxsi həyatına görə səhnədən uzaqlaşan yerli müğənnilər – SİYAHI

Baxış sayı: 1. 761

Şou-biznes aləmində bir çox ifaçılar ailə qurduqdan sonra sənəti atıb.

“Gencaile.az” “Axşam.az”-a istinadən sənətdən uzaqlaşan həmin müğənnilərin siyahısını təqdim edir:

“Eurovision” müsabiqəsində ökəmizi təmsil edənlərdən olan müğənni Safurə Əlizadə ailə qurduqdan sonra sənəti atıb. Sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə quran ifaçının bir oğlu var. Sənətçi vaxtilə “Drip Drop”, “March On”, “Paradise” kimi məşhur mahnıları səsləndirib. O, hazırda ailəsi ilə birlikdə Türkiyədə yaşayır.

“Eurovision” müsabiqəsində ölkəmizi təmsil edən digər ifaçı Aysel Teymurzadə də sənəti atan məşhurlardandır. 2009-cu ildə müsabiqədə üçüncü yeri tutan Aysel Filarmoniyanın direktoru Murad Adıgözəlovla ailə qurub. Müğənnilik karyerasına son qoyan ifaçının iki övladı var.

Müğənni Zarina son iki ildə sənətdən uzaqlaşıb. Sənətçinin şəxsi həyatı ilə əlaqədar İstanbula köçdüyü, orada yaşadığı bildirilib.

Müğənni Aynur Dadaşova da ailə qurduqdan sonra sənəti atıb. İki övladı olan sənətçiyə həyat yoldaşı oxumaq qadağası qoyub.

Müğənni Aygün İsmayılova da ailə qurduqdan sonra oxumağı atıb. Türkiyə vətəndaşına ərə gedən ifaçı hazırda İstanbulda yaşayır və bir qız övladı var. Ötən il “O səs Türkiyə” müsabiqəsinə qatılan Aygün bir çox mahnıların söz müəllifidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir