ders

Si­nif­də şa­gird sıx­lı­ğı təd­ri­sin key­fiy­yə­ti­nə mənfi təsir edirmi?

Baxış sayı: 2. 313

Öl­kə­də həl­li­ni tap­ma­yan mə­sə­lər­dən bi­ri də si­nif­lər­də uşaq sıx­lı­ğı­dır. Bir si­nif­də 40-50 uşa­ğın ol­ma­sı az qa­la adi ha­la çev­ri­lib. Eks­pert­lər­sə bil­di­rir­lər ki, şa­gird sıx­lı­ğı təd­ris pro­se­si­nin key­fiy­yə­ti­ni aşa­ğı sa­lır. Nə­ti­cə­də mü­əl­lim hər uşa­ğa 1-2 də­qi­qə be­lə vaxt ayı­ra bil­mir.

Azər­bay­can Təh­sil Şu­ra­sı­nın səd­ri Əj­dər Ağa­ye­vin bil­dir­di­yi­nə gö­rə, “Təh­sil haq­qın­da” Azər­bay­can Res­pub­li­ka­sı­nın Qa­nu­nun­da gös­tə­ri­lir ki, hər si­nif­də 25 nə­fər ol­ma­lı­dır, 25 nə­fər­dən ar­tıq uşaq yı­ğıl­ma­ma­lı­dır: “Bir si­nif­də 25 şa­gird təh­sil alır­sa, hə­min si­nif­də təd­ris pro­se­si­ni sə­mə­rə­li qur­maq müm­kün­dür. La­kin bə­zən çox­lu bi­na­lar ti­ki­lir, əha­li sıx­lı­ğı ya­ra­nır. Mək­təb­sə az­dır. Hə­min si­nif­lə­rə 30-40 nə­fər uşaq­lar cəm­lə­şir. Təh­sil­də be­lə bir qay­da var ki, əgər si­nif­də 25 nə­fər­dən çox uşaq yı­ğı­lır, uşaq­la­rın sa­yı 30-u ke­çər­sə, on­da ikin­ci si­nif açıl­ma­lı­dır. İkin­ci si­nif açıl­ma­lı­dır­sa, ora ye­ni bir mü­əl­lim də tə­yin ol­ma­lı­dır. İb­ti­dai si­nif­dir­sə, əla­və ib­ti­dai si­nif mü­əl­li­mə­si üçün va­kan­si­ya açıl­ma­lı, yu­xa­rı si­nif­lər­dir­sə, fənn üz­rə mü­əl­lim­lər cəlb olun­ma­lı­dır. He­sab edi­rəm ki, bu pe­do­qo­ji tə­ləb ye­ri­nə ye­ti­ril­mə­li­dir”.
Təc­rü­bə­si­nə əsas­la­nan mü­sa­hi­bi­miz de­yir ki, bir si­nif­də 30-40 şa­gir­din ol­ma­sı təd­ri­si zə­if­lə­dir. “Bu ba­xım­dan dü­şü­nü­rəm ki, Azər­bay­ca­nın təh­sil­lə bağ­lı zən­gin təc­rü­bə­si var. On­dan is­ti­fa­də et­sin­lər. Bə­zən de­yir­lər ki, han­sı­sa öl­kə­də bir si­nif­də 30-40 şa­gird təh­sil alır. Bəl­kə, hə­min si­nif­də şa­gird­lə­rə sa­də­cə ola­raq ümu­mi mə­lu­mat ve­rir­lər. Fənn­lə­ri də­rin­dən öy­rət­mək is­tə­mir­lər. Bi­zim öz təc­rü­bə­miz var. Öz təc­rü­bə­mi­zə, elə qa­nu­nu­mu­za gö­rə də bir si­nif­də 25 nə­fər şa­gird ol­ma­lı­dır. Bu da hə­ya­ta ke­çi­ril­mə­li­dir. Şa­gird­lə­rin sa­yı ar­tır­sa, ikin­ci, üçün­cü si­nif ya­rat­maq la­zım­dır. Əla­və mək­təb bi­na­la­rı ti­kil­mə­li­dir. Dü­şü­nü­rəm ki, bu sıx­lıq mə­sə­lə­si Azər­bay­can təh­si­lin­də şa­gird­lə­rin key­fiy­yət­li bi­li­yə yi­yə­lən­mə­sin­də mü­əy­yən ma­ne­çi­lik tö­rə­dir və bu ara­dan qal­dı­rıl­sa yax­şı olar”.

Təh­sil eks­per­ti Şah­lar Əs­gə­ro­vun de­di­yi­nə gö­rə, təh­si­li ida­rə edən­lər mək­təb­lər­də uşaq sıx­lı­ğı prob­le­mi­nə cid­di diq­qət ye­tir­mə­li­dir­lər: “Təh­si­lin məq­sə­di gənc­lə­rə mü­əy­yən bi­lik­lər, vər­diş­lər öy­rət­mək­dir. Si­nif­də şa­gid sa­yı çox ol­duq­da bu vər­diş­lər ötü­rül­mür. Si­nif­də sıx­lıq nə­ti­cə­sin­də səs-kü­yün sə­viy­yə­si qal­xır. Uşaq­lar bir-bi­ri ilə him-cim oy­na­yır­lar və dər­sin sə­viy­yə­si sı­fı­ra enir”.

Onun söz­lə­ri­nə gö­rə, mək­təb­lər­də dərs elə təş­kil olun­ma­lı­dır ki, bi­li­yin ötü­rül­mə­si öz mak­si­mum həd­di­nə çat­sın. Si­nif­də 10-15 nə­fər uşaq olan­da da uşaq­la­rı yax­şı öyr­tə­mək olur. Təd­qi­qat­lar gös­tə­rir ki, si­nif­də şa­gird sa­yı 25-dən yu­xa­rı ol­duq­da si­nif ida­rəo­lun­maz ha­la gə­lib çı­xır. Ona gö­rə döv­lət tə­rə­fin­dən təd­ris üçün çə­ki­lən xərc, mü­əl­lim­lə­rin əziy­yə­ti bo­şu­na ge­dir. Bu va­cib bir mə­sə­lə­dir.

Ş.Əs­gə­ro­va gö­rə, elə də mək­təb­lə­ri­miz var ki, hə­min mək­təb­lə­rə şa­gird yı­ğıl­mır: “Təh­sil Na­zir­li­yi­nin ic­las­la­rın­da da de­yi­rəm, mət­bu­at­da da çı­xış edi­rəm ki, mək­təb­lə­rin sə­viy­yə­si coğ­ra­fi ko­or­di­nat­lar­dan ası­lı ol­ma­ma­lı­dır. Bü­tün mək­təb­lər yax­şı ol­ma­lı­dır. Yə­ni, Təh­sil Na­zir­li­yi­nin gö­zün­də, mə­sə­lən, Sə­ba­il ra­yo­nu­nun 6 nöm­rə­li mək­tə­bi ilə mər­kəz­dən uzaq olan mək­təb­lər ara­sın­da fərq ol­ma­ma­lı­dır. On­lar iki­si­nə də ey­ni bax­ma­lı­dır. Bi­ri­nə diq­qət­lə ba­xıb, o bi­ri mək­tə­bi diq­qət­dən kə­nar qoy­duq­da bi­rin­də uşaq ol­ma­ya­caq, o bi­ri­sin­də isə sıx­lıq ola­caq. Təd­ris pro­se­si ye­nə də əhə­miy­yə­ti­ni iti­rə­cək”.

Təh­sil Na­zir­li­yi­nin mə­lu­ma­tı­na gö­rə, bir si­nif­də ne­çə şa­gir­din ol­ma­sı və di­gər bu­nun­la bağ­lı qay­da­lar “Ümum­təh­sil mək­tə­bi­nin Nü­mu­nə­vi Ni­zam­na­mə­si”nin təs­diq edil­mə­si haq­qın­da Azər­bay­can Res­pub­li­ka­sı Na­zir­lər Ka­bi­ne­ti­nin Qə­ra­rın­da gös­tə­ri­lib. Ümum­təh­sil­mək­tə­bi­nin struk­tu­ru­na gö­rə, ümum­təh­sil mək­tə­bi ib­ti­dai (I-IV si­nif­lər), ümu­mi or­ta (V-IX si­nif­lər) və tam or­ta (X-XI si­nif­lər) təh­sil sə­viy­yə­lə­ri­ni əha­tə edir. Uc­qar kənd yer­lə­rin­də şa­gird­lə­rin sa­yın­dan ası­lı ol­ma­ya­raq, ib­ti­dai və ümu­mi or­ta ümum­təh­sil mək­təb­lə­ri­nin az­komp­lekt­li for­ma­da fəa­liy­yə­ti­nə yol ve­ri­lir. Şa­gird­lə­rin sa­yı az olan ib­ti­dai si­nif­lər­dən komp­lekt si­nif­lər təş­kil olu­nur. Döv­lət ümum­təh­sil mək­təb­lə­rin­də mək­tə­bə­ha­zır­lıq qrup­la­rı ya­ra­dı­lır. Mək­tə­bə­ha­zır­lıq qrup­la­rın­da uşaq­la­rın sıx­lı­ğı aşa­ğı­da­kı ki­mi mü­əy­yən­ləş­di­ri­lir:
Qə­sə­bə və kənd­lər­də yer­lə­şən ümum­təh­sil mək­təb­lə­ri üçün – ən azı 10 uşaq; şə­hər­lər­də yer­lə­şən ümum­təh­sil mək­təb­lə­ri üçün – ən azı 15 uşaq.
Döv­lət ümum­təh­sil mək­təb­lə­rin­də ya­ra­dı­lan mək­tə­bə­ha­zır­lıq qru­pun­da uşaq­la­rın sa­yı­nın 30 nə­fər­dən ar­tıq ol­ma­sı­na yol ve­ril­mir.
Uşaq­la­rın sa­yı 10-dan az ol­du­ğu hal­da, mək­tə­bə­ha­zır­lıq qrup­la­rı Azər­bay­can Res­pub­li­ka­sı Təh­sil Na­zir­li­yi­nin re­gio­nal təh­sil ida­rə­lə­ri­nin ra­zı­lı­ğı əsa­sın­da ya­ra­dı­lır.
Ümum­təh­sil mək­təb­lə­rin­də si­nif­lər şa­gird­lə­rin sa­yı ən azı 20 nə­fər ol­maq­la mü­əy­yən edi­lir. Ümum­təh­sil mək­tə­bi üz­rə bir si­nif­də şa­gird­lə­rin ümu­mi sa­yı 20 nə­fə­rə çat­ma­dıq­da, möv­cud şa­gird sa­yı ilə si­nif təş­kil olun­ma­sı­na yol ve­ri­lir. Ey­ni bir si­nif­də şa­gird­lə­rin sa­yı 30 nə­fər­dən çox ol­duq­da və ya şa­gird­lə­rin bir si­nif­də təd­ri­si­nə si­nif ota­ğı­nın öl­çü­sü im­kan ver­mə­dik­də, hə­min si­nif üz­rə ikin­ci pa­ra­lel si­nif təş­kil edi­lir. Təd­ris ili­nin bi­rin­ci ya­rı­sın­da hər han­sı bir sə­bəb­dən si­nif­lər­də şa­gird­lə­rin sa­yı azal­dıq­da və ya art­dıq­da, si­nif­lər bu Ni­zam­na­mə­nin mü­va­fiq ola­raq 2.6-cı-2.6-2-ci bənd­lə­ri ilə mü­əy­yən edil­miş say həd­din­də bir­ləş­di­ri­lir və ya pa­ra­lel si­nif təş­kil edi­lir.

Qeyd edək ki, Ba­kı şə­hə­ri üz­rə Təh­sil İda­rə­si­nin ümu­mi təh­sil sek­to­ru­nun mü­di­ri Avaz Yu­si­fov jur­na­list­lə­rə açıq­la­ma­sın­da bil­di­rib ki, pay­tax­tın bir sı­ra əra­zi­lə­rin­də şa­gird sıx­lı­ğı ilə əla­qə­dar prob­lem­lər mü­şa­hi­də olu­nur. Bu­nun­la bağ­lı ən acı­na­caq­lı və­ziy­yət Bi­nə­qə­di ra­yo­nu­nun Su­lu­tə­pə, Bi­nə­qə­di qə­sə­bə­lə­rin­də, Sa­bun­çu ra­yo­nun­da, xü­su­si­lə Zab­rat qə­sə­bə­sin­də, Xə­tai ra­yo­nu­nun bü­tün mək­təb­lə­rin­də, əsa­sən Əh­məd­li qə­sə­bə­sin­də, Ni­za­mi ra­yo­nun bə­zi mək­təb­lə­rin­də­dir.
Bil­di­ri­lib ki, Bi­nə­qə­di­də ra­yo­nun­da ev­lər çox sıx yer­ləş­di­yi üçün əla­və hər han­sı so­si­al ob­yekt-mək­təb, bağ­ça, sə­hiy­yə oca­ğı­nın ti­kil­mə­si­nə yer qal­ma­yıb. BTŞİ-dən bil­di­ri­lib ki, tor­paq bir qə­dər ucuz olan əra­zi­lər­də ya­şa­yış da­ha çox­dur. Hə­min mək­təb­lə­rin də gü­cü ora­da məs­kun­la­şan əha­li­nin sa­yı­na uy­ğun gəl­mir. Am­ma hö­ku­mə­tə mü­ra­ci­ət olu­nub və ümid edi­rik ki, mə­sə­lə öz həl­li­ni ta­pa­caq.

Onu da de­yək ki, bə­zi mək­təb­lər­də bu mə­sə­lə­nin çö­zü­mü üçün dörd növ­bə­li re­ji­mə ke­çi­ri­lib.

Ay­nu­rə MƏM­MƏ­DO­VA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir