Simpsonlar

“Simpsonlar”ın kəhanətləri: 2022-ci il üçün hansı təxminlər var idi?

Baxış sayı: 558

İlk bölümü 1989-cu ildə yayımlanan ABŞ cizgi filmi “Simpsonlar” (“The Simpsons”) bölümlərində gələcəkdəki hadisələrdən xəbər verməsi ilə hər kəsi təəccübləndirməyə davam edir.

Xatırladaq ki, filmin seriallarında Donald Trampın Prezident seçilməsi, Səudiyyə Ərəbistanında verilən kürə pozu, Notr Damm kilsəsinin yanması, Ebola virusu, 11 sentyabr hadisələri, “Walt Disney” şirkətinin “20th Century Fox” şirkətini alması, ağıllı telefonların icad edilməsi, Ledi Qaqanın “Super Bowl”da uçaraq çıxış etməsi, koronavirus və s. hadisələr öz əksini tapıb.

Məsələn, 1993-cü ildə çəkildiyi iddia edilən bir bölmündə koronavirusa aid izlər olduğu ortaya çıxmışdı. İddiay görə film 27 il əvvəl Çində bir virus yayılacağını xəbər verib. Sözügedən bölümdə Simpsonlar ailəsinə Çindən poçt ilə bir paket gəlir və bu paket nəticəsində ABŞ-da keçici xəstəlik yayılır.

Və yaxud 2000-ci ildə lentə alınan 11-ci mövsümünün 17-ci seriyasında Kamala Harrislə bağlı eynilik hər kəsi şoka salmışdı. Bölümdə “Liza Simpson” ABŞ-ın ilk qadın prezidenti olur. Yeni ölkə başçısı qadın olmasa da, vitse-prezident vəzifəsini hazırda Kamala Harris icra edir. Bununla yanaşı, Kamala Harrisin inuaqurasiya mərasimindəki bənövşəyi rəngli paltosu və ziynət əşyaları da cizgi filmindəki “Liza Simpson”un geyimləri ilə eyni olub.

Bir müddət əvvəl isə film Livanın paytaxtı Beyrutda baş verən partlayışı proqnozlaşdırdığı iddiası ilə gündəmə gəlmişdi. Serialın bir hissəsin Homer Simpson obrazı anbardan partlayıcı maddələr alır və təsadüfən evə aparan zaman onu yolda yandırır. Bundan sonra isə bütün şəhər oda bürünür. Bundan başqa “The Simpsons”da Beyrutdakı partlayışa bənzər kadrların da yer aldığı iddia edilib.

Bəs “Simpsonslar”ın 2022-ci il üşün hansı təxminləri var idi?

Bu il koronavirus bitəcək iddiası…

2019-cu ildən dünyanı təsir altına alan koronavirus epidemiyasının başlanacağını proqnozlaşdıran “Simpsonlar”a görə pandemiya 2022-ci ildə bəşəriyyətin həyatından yox olacaq.

Körpələrin nə demək istədikləri anlaşılacaq

“Simpsonlar”ın digər ehtimallarına görə 2022-ci ildə körpələrin cümlələri tərcümə ediləcək. Belə ki, “Simpson” cizgi filminin bir seriyasında göstərilən cihaz böyüklərə körpənin nə dediyini anlamağa kömək edir. Elm adamlarının 2022-ci ildə bu ixtira üzərində hərəkətə keçəcəyi proqnozlaşdırılır.

2022-ci ildə məktubların holoqrafiya ilə göndərilməsi mümkün olacaq

Serialda yer alan iddiaha görə insanlar lazer şüası vasitəsilə öz timsallarında məktub ünvanlaya biləcəklər. Belə ki, “Simpsonlar” serialının bir hissəsində poçtalyonun gətirdiyi post açılanda insanların qarşısına holoqram çıxır və həmin hissədən məktub göndərən şəxsin görünüşü əks olunur. Texnoloji inkişafları nəzərə alaraq serialın pərəstişkarları holoqram poçtlarının bəşəriyyət üçün uzaq bir imkan olmadığını düşünürlər.

Marsa yürüş

Serialın bir bölümündə Marsa getməyi xəyal edən Liza, anası Marjın narazılığına baxmayaraq, Qırmızı Planetə birtərəfli səyahətə yazılır. Bu, bütün ailənin eyni vaxtda 2026-cı ildə baş tutmalı olan səyahətə yazılmasına səbəb olur. Xatırladaq ki, İlon Mask və “SpaceX”dəki komandası 2022-ci ildə Marsa yük gəmiləri hazırlamaq üzərində işləyir.

İvanka Tramp Prezidentliyə namizəd olacaq

Simpsonlar tez-tez Donald Trampın qızı İvankanın atasının vəzifəyə başlamasından əvvəl və ya sonra prezidentliyə namizədliyini irəli sürdüyünə diqqət çəkib. Real həyatda İvanka Tramp prezident olmaq üçün tələblərə malikdir və onun namizədliyini irəli sürməsi gözləniləndir.

Robotlar dünyanı zəbt edir

Serialın bir bölümündə Simpson ailəsi avtomobilində robotların olduğu əyləncə parkını ziyarətə gedir. Burada gözlənilmədən robotlar idarəetməni itirir və ətrafdakı insanların çoxunu öldürürlər. Bir çoxunun “Süni intellektin atası” kimi tanınan Yurgen Şmidhuber robotların bir neçə onillikdə dünyanı asanlıqla ələ keçirə biləcəyini proqnozlaşdırır.

Xatırladaq ki, bir müddət əvvəl İngiltərədə bukmeker saytlarından qəribə iş elanı peyda olmuşdu. “Paltin Casino” resursunun yayımladığı elana görə, məşhur “Simpsonlar” serialını izləyəcək əməkdaş axtarılırdı. Onun işi ABŞ istehsalı animasiya serialının 33 mövsümünü və 2007-ci ildə çəkilən “Simpsonlar filmi”ni (The Simpsons Movie) seyr edərək, burada gələcəklə bağlı proqnozları aşkarlamaqdır.

Qeyd olunan iş üçün yeddi min dollar məvacib təklif olunurdu.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir