bustqalter

Sinə formasına görə büstqalterin seçimini necə etməli?

Baxış sayı: 1. 870

Büstqalterlər haqqında bir çox yazılarımız olub. Bu yazımızı isə sinə formasına görə düzgün büstqalterin seçiminə həsr edirik. Əminik ki, çoxlarına faydalı olacaq bu yazı sayəsində sinə formasına görə büstqalterinizi seçə biləcəksiniz. Həm də ki, formaya görə seçilmiş düzgün büstqalter sayəsində sinənizin assimetriyasını dəqiq vurğulaya biləcəksiniz.

Dairəvi sinə

Əgər sinəniz alt və üstdən eyni formadadırsa, yəni dairəvidirsə, “kaprizsiz sinə”yə sahibsiniz. Belə sinələrin əlavə dəstəyə ehtiyacları yoxdur, istənilən formalı büsqalter onlar üçün uyğundur – balkonet, klassik kəmərli və ya kəmərsiz büstqalterlərdən yana seçim edə bilərsiniz.

“Gözyaşı” formasında sinə

Dairəvi, üst hissədən bir az dolu olan sinələr gözyaşını xatırladır. Belə sinəyə sahib olan qızlar şanslıdırlar. Bando, T və çarpaz kəmərli büstqalter seçimində limit yoxdur.

Şərq-qərb formasında sinə

Coğrafi adından da göründüyü kimi, sinələr hərəsi bir tərəfə “baxır”. Vəziyyəti düzəltmək üçün heç bir problemi olmayan köynək və ya sıx forması olan büstqalter geyinmək lazımdır.

Geniş aralıqlı sinə

Bu sinə növünü “Şərq-qərb”dən fərqləndirən əsas cəhət sinələr arasındakı geniş məsafənin olmasıdır. Buna görə də, daha böyük “fincanlı” büstqalterdən istifadə etməyiniz lazımdır. İdeal büstqalter seçimi aşağı bağlı və ya tənzimlənə bilən qabaqdan bağlanan bağları olan büstqalterlərdən yana ola bilər.

Nazik sinə

Nazik və aşağı baxan sinələri olan qızlara aşağı bağlı büstqalter daha uyğundur. Bu cür büstqalter dekolteni yaxşı formaya salır və sinənin dairəvi görünməsinə şərait yaradır.

Asimmetrik sinə

Demək olar ki, bütün qadınlarda bir sinə digərindən daha böyük olur. Asimmetrik görüntü diqqət cəlbetməsin deyə, yastıqları çıxarıla bilən “push-up” büstqalter istifadə edə bilərsiniz. Ölçünün seçilməsi isə hansı sinə böyükdürsə ona uyğun olmalıdır.

“Zəng” formasında sinə

Əsası dar, aşağı hissəsi isə daha geniş olan sinələr “zəng” formasında olan sinələrdir. Belə sinəyə malik qadınlar daha çoxdur. Bunun üçün də belə sinəyə sahib qadınlar sinəni yaxşı dəstəkləyən və dik saxlayan büstqalterlərə üstünlük verməlidirlər.

İstənilən formalı sinələr üçün düzgün büstqalter seçiminin 3 əsas qaydası:

 

1. Büstqalterin mərkəsi sinələr arasında rahat oturmalıdır, “fincan” isə sinəni tam əhatə etməlidir.

2. Büstqalterin kəmərləri sıx və üfüqi yerləşdirilməlidir. İlk istifadə üçün ilk qarmaqdan bağlanmalıdır. Daha sonra isə istifadə edildikcə digər qarmaqlara keçmək lazımdır.

3. Kəmərləri isə elə tənzimləmək lazımdır ki, onlar çiyindən sürüşməsin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir