Qidalar

Siqaret çəkənlər ağciyərini necə təmizləsin? – FOTOLAR

Baxış sayı: 1. 350

İnsan bədəni həyati varlığını uzun müddət davam etdirə bilməsi üçün lazım olan önəmli orqanlardan biri də ağciyərdir. Hər il dünyada 1.5 milyon insan ağciyər xərçəngindən dünyasını dəyişir. Ağciyər hər nəfəsdə bədəndəki hüceyrələri oksigenlə təmin edir.

Bu orqanı xərçəng xəstəliyindən qorumaq üçün lazım olan minerallar, vitaminlər və antioksidanları qidalar vasitəsilə təmin etmək çox önəmlidir. Tənəffüs sisteminin ən önəmli orqanlarından sayılan ağciyərin təmizlənməsi üçün xüsusi qidalar var. Xüsusən də bu qidaları siqaret aludəçisi olanlar və astma xəstələrinin qəbul etməsi məsləhət görülür. Qısa bir zaman ərzində ağciyəri normala hala gətirən bu qidalar həyati keyfiyyəti də artırır.

Beləliklə, sizə bu qidalar haqqında məlumatları təqdim edirik.

 

. Keçibuynuzu

Keçibuynuzu ağciyərin sağlam olması üçün bədəni toksinlərdən təmizləyən bir qidadır. Xərçəng xəstəliyinə qarşı xüsusi bir qoruyucu gücü olan keçibuynuzu siqaret çəkənlər üçün daha çox faydalıdır. 5 ədəd keçibuynuzu 1 litr suda qaynadılıb hər səhər içilərsə siqaretin verdiyi zərəri ən azı yarı-yarıya tənzimləmiş olur.

Keçiboynuzu

. Sarımsaq

Sarımsaq güclü bir antioksidana sahib olmaqla yanaşı tərkibindəki alisin adlı maddə ilə ağciyəri təmizləyir. Sarımsaq tərkibində olan vitaminlərlə ağciyəri xərçəng xəstəliyindən də qoruyur.

Sarımsak

. Kərəviz

Mövsümi səbzə sayılan kərəviz də ağciyəri xərçəng xəstəliyindən qoruyan qidalar sırasındadır. Hər axşam yatmazdan qabaq 1 stəkan kərəviz dəmləməsi sinirləri sakitləşdirir, yuxunu dərinləşdirir. Kərəvizin yarpaqlarında karotin, asparaqin, nikotin turşusu, tirozin, efir yağları və mikroelementlər var.

Kereviz

. Əməkköməci

Əməkköməci qaynar suda bir xeyli qaynadılır və 5-6 saatdan sonra ac qarnına 1 stəkan içilir. Bununla siz ağciyərlərinizdə siqaretin mənfi təsirlərini azaltmış olarsınız. Əməkköməci həmçinin bəlğəmi də təmizləyir və ağciyər xərçənginin qarşısını alır.

Ebegümeci

. Zəncəfil

Çox qüvvətli antioksidan olan zəncəfil ağciyərləri müxtəlif toksinlərdən, arzuedilməyən zərərlərdən təmizləyir. Buna görə də ya zəncəfil çayı içə bilərsiniz, ya da birbaşa zəncəfili yeyə bilərsiniz.

Zencefil

. Üzüm çəyirdəyi

Bu qida qüvvətli bir antioksidanla zəngindir. Üzüm çəyirdəyi xərçəng xəstəliyinin yaranmasını əngəlləyən bir özəlliyə sahibdir.

Üzüm çekirdeği

.Ekineziya

Bu bitkinin kökləri ağciyər infeksiyalarının qarşını almağa kömək edir. Ekiniziya soyuqdəymə və öskürək müalicəsində də istifadə edilir.

Ekinezya

. Evkalipt

Evkalipt təbii antibiotik olmaqla yanaşı tərkibində yağlar da var. Bu uçucu yağlar ağciyər infeksiyalarına yaxşı təsir göstərir. Həmçinin qan dövranını da artıraraq qanın çoxalmasını təmin edir. Öskürək və boğaz ağrılarına qarşı da bu yağlardan istifadə olunur. Təzə evkalipt çayı bronxit və sinusitə də yaxşı təsir edir. Onu dəmləyib buxarını sormaq öskürək və bronxitə də yaxşı təsir edir.

Turan Oruc

Okaliptus




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir