siqaret

Siqaret çəkənlər özlərini belə aldadır

Baxış sayı: 1. 234

Psixoloqların fikrincə siqaret çəkənlərin, onların vərdişlərini dəstəkləyən xülyaları var.

 

Birinci xülya: onların vərdişləri alkoqolizmdən daha yaxşıdı

– güya siqaret gözə, hissiyata, iş keyfiyyətinə müsbət təsir edir və s.;

– siqaret çəkən zaman tərəflər arasında inam mühiti yaranır;

– nikotin insanın əsəb-psixiki fəaliyyətini yaxşılaşdırır;

– siqaret arıqladır.

Belə bir fikir proqramından sonra insanlar siqaret çəkməyin müsbət effektinin olduğunu düşünürlər. Lakin nikotin əsəb sistemini istismar edir, həyat gücünü və enerjisini insanın əlindən alır, ömrü iki dəfə azaldır.

 

İkinci xülya – siqaretin ziyanının olmağına baxmayaraq, sağlamlığı qorumaq imkanı

Gələcəkdə ola biləcək xəstəliklər və bununla bağlı maddi xərclər sağlam insanı az maraqlandırır. Xəstəliklərin məhz kimi tutacağının bilinmədiyini və nə zaman olacağına lağ edirlər. Lakin həmin bir nəfər olma riski daim durur.

 

Üçüncü xülya – real həyatın çətinliklərini dəf etmək üçün siqaret çəkilməlidir

İnsanlar uğurlu həyat fəaliyyəti üçün ara sıra siqaret çəkilməlidir fikrinə öyrəşirlər. Əks halda heçnə alınmır, beyin işləmir və s. Belə düşüncə təsiri altında insan stresin tez bir zamanda çıxmasına öyrəşir. Siqaret çəkərək özünü “sakitləşdirir”, vəziyyətə uyğunlaşmalı olan həyat gücü isə passivləşir. Lakin problemlər, stres yoxa çıxmır. İnsan psixikası nikkotindən asılı vəziyyətə düşür.

 

Dördüncü xülya – müstəqillik və prestij

Bəzi insanlar özlərini siqaret əlində daha görkəmli və dəbli olduqlarına inanırlar. Bunlara səbəb kino, reklam və s. xarici faktorlardır. Yalnız sosial inkişaf etməmiş və özünə inamı olmayan bir kəs belə düşüncə ilə siqaretə üz tuta bilər.

 

Beşinci xülya – siqaret kökəlməyə imkan vermir

Bu ən çox yayılmış səhv düşüncədir. Hər birimiz çoxlu siqaret çəkən kök insanları tanıyırıq və bilirik. Buna baxmayraq uzun illər siqaret çəkən insan siqareti atsa kökələ bilər. Bu siqaretin sehirli xüsusiyyəti deyil, sadəcə siqareti ataraq insan sağlam həyata geri dönür və onun iştahı yüksəlir. Siqareti atandan sonra insan qidadan daha çox ləzzət ala bilir. Lakin əgər idmanla məşğul olsanız və qidanıza nəzarət edə bilsəniz artıq çəki yığmaqdan qaçmaq olar.

 

Altıncı xülya – siqaret soyuqda qızdırır

Nikotin qana düşərkən ürək döyüntülərni yüksəldir və təzyiqi qaldırır. Bu da həqiqətən qısamüddətli “isidici” effekt verir. Lakin insan orqanizminin yalnız ekstremal hallarda eləməli prosesi hər zaman siqaret çəkəndən sonra süni yaranırsa, orqanizm zəifləyir və xəstəliklərə həssas olur. Həmçinin soyuqda siqaretdən gələn isti diş minasını zədələyir və çatların yaranmasına səbəbə olur.

 

Yeddinci xülya – siqaret diqqəti cəmləməyə və yaxşı işləməyə kömək edir

Bunun mexanizm belədir. Siqaret iştahı öldürür və buna səbəb tütünün qara ciyərdən qlükozanın ifrazını stimulaşdırmasıdır. Buna görə də siqaret çəkən qida qəbul etmədən siqaret çəkməyən insanda fərqli olaraq daha uzun müddət işləyə bilir. Lakin bilin ki, tütün qan damarlarını daraldır və nəticədə beyinə qan axını azalır, insanın beyin fəaliyyəti passivləşir. Siqaret çəkən məktəblilər daha gec qavrayır, yaddaşları zəifləyir. Sınaqlar göstərmişdir ki, siqaret diqqəti dağıdır, cəldliyi azaldır. Bu səbəbdən bir çox Qərb ölkələrində ofisdə siqaret çəkmək qadağandır.

 

Səkkizinci xülya – əsəbləri sakitləşdirir

Tütün əsəb nöqtələrini kütləşdirir və bundan yaranan “komfort” siqaret çəkəni sakitləşdirir. Lakin bir müddət sonra siqaretin olmaması belə artıq sizin orqanizm üçün stresə çevrilir. İnsan artıq siqaretsiz rahatlaşa bilmir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir