siqaret

Siqaret çəkmək əleyhinə mübarizədə yeni üsul

Baxış sayı: 1. 440
ABŞ-ın Skripps Elmi-Tədqiqat İnstitutunun Kimyəvi Biologiya İnstitutunun alimləri beyinə çatmazdan əvvəl nikotini məhv edən bakterial ferment yaradıblar.
“Gencaile.az ” movskovskaya-medicina.ru” saytına istinadla xəbər verir ki, tədqiqatçı Kim Yandanın sözlərinə görə, orqanizmə düşən bakteriya nikotini özü tapır və onunla qidalanır. Yəni nikotin beyinə çatmazdan əvvəl bakteriya onu məhv edir və insanı nikotinin bütün xoşagəlməz fəsadlarından xilas edir. Alimlər hesab edirlər ki, bakterial ferment tütün asılılığına qarşı mübarizədə təsirli müalicə vasitəsi olacaq.
Alimlər onu da aşkar ediblər ki, bakterial ferment laboratoriya şəraitində sabit qalır və nikotini məhv edən zaman zəhərli metabolitlər əmələ gətirmir.
Hazırda tədqiqatçılar bakteriyadan istifadənin immun sistemi üçün potensial nəticələrini yumşaltmaq və siqaret çəkməyə qarşı dərman vasitəsi kimi müalicəvi potensialını maksimal etmək məsələsi üzərində çalışırlar.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir