qazli su

Şirin və qazlı sulardan imtina etmək üçün 5 səbəb

Baxış sayı: 1. 697

Şirin qazlı sular (cola, pepsi və s.) insan sağlamlığı üçün ən ziyanlı məhsullar siyahısına daxildir. Bütün dünya həkimləri bu içkilərdən imtina etməyi və ya ən azından onların qəbulunu kəskin azaltmağını tövsiyə edirlər.

Buna bir neçə elm tərəfindən təsdiq olunmuş səbəblər gətirilir.

1-ci səbəb

Cola və s. bu kimi içkilərin tərkibində fosfor turşusunun yüksək konsentrasiyası dişlərdən kalsiumun yuyulmasına gətirib çıxardır ki, bu da dişlərin vəziyyətinə çox mənfi təsir edir. Həmçinin şəkərlə zəngin olan bu içkilər kariesin inkişafını sürətləndirir.

2-ci səbəb

Belə içkilər sümük toxumasına da mənfi təsir edir və insanlarda osteoparoz (sümük toxumasının sıxlığının azalması) kimi ağır xəstəliyin riskini artırır.

3-cü səbəb

Şirin qazlı içkilərin həddindən artıq miqdarda qəbulu artıq çəkinin yığılmasına da səbəb ola bilər. Belə içkilərdə şəkər olduqca çoxdur. Şəkər isə insan orqanizmində piyə çevrilir.

Bəzi şirin qazlı içkilərə şəkər deyil, şəkəri əvəz edən maddələr, məsələn, aspartam, əlavə olunur. Lakin son illərdə aparılmış araşdırmalar göstərib ki, süni şəkər əvəzediciləri şəkərli diabetin inkişafının riskini artırır. Həmçinin bu maddələr iştahanı artırır ki, bu da artıq çəkinin yığılmasına gətirib çıxardır.

4-cü səbəb

İsveçrə alimləri 70 000 insanın qidalanmasını araşdırıb belə qərara gəliblər ki, şirin qazlı içkiləri içən insanlarda öd kisəsi xərçənginin riski 2 dəfə artmış olur.

5-ci səbəb

Nyu-York Universiteti (ABŞ) alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, beyin üçün ən ziyanlı məhsul şirin qazlı sulardır.

Alimlər bir neçə il ərzində qazlı içkilərin beyinə olan mənfi təsirlərini araşdırırdılar. Qazlı içkilərdən süi-istifadə beyinin müxtəlif hissələrində bərpa olunmaz dəyişikliklərə səbəb olur. Bu da beyinin fəaliyyətinin və yaddaşın pozulmasına gətirib çıxardır və hətta Alsheymer xəstəliyinin, beyin şişlərinin, insultun riskini artırır. (Saglamolun.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir