gemi

Sirli və mistik təsadüflər

Baxış sayı: 1. 421

1664-cü il dekabrın 5-də Uels sahillərində gəmi batdı. Səksən bir sərnişindən yalnız biri sağ qaldı – Hyu Vilyams.

Bu hadisədən 121 il keçmiş, dekabrın 5-də 1785-ci ildə bu sularda yenə gəmi batdı. Burada da cəmi bir sərnişin xilas oldu. Onun da adı Hyu Vilyams idi. Təsadüflər bununla bitmədi.

Daha 75 il keçdi. 1860-cı il dekabrın 5-də yenə bu ərazidə kiçik qayıq batdı. Yalnız bir sərnişin xilas oldu. Sizcə onun adı nə idi? Bəli, Hyu Vilyams.

Ən qatı materialistlər belə illərdir bu sirli təsadüflərdən baş aça bilmir. Bunu nə ilə izah etmək olar axı, bu nədir – tale? Bu suala heç kim cavab tapa bilmir.

Image result for Kral və restoran sahibi

Kral və restoran sahibi

Yaxud başqa bir hadisə. 1900-cü ilin iyununda İtaliya kralı Umberto, Monza şəhərindəki restoranda nahar edirdi. Nahar kralın xoşuna gəldi və o, restoranla maraqlandı. Məlum oldu ki, elə restoran sahibinin də adı Umbertodur. O, kralla eyni gündə anadan olmuş və eyni gündə evlənmişdi. Hətta arvadlarının da adı eyni idi.
O da məlum oldu ki, kralın tacqoyma mərasimi günü olarkən, Umberto da bu restoranı açıb. Hər ikisi bu təsadüfə çox sevindilər.

Qərara aldılar ki, sabahı gün görüşüb, bir yerdə stadiona getsinlər. Amma restoran sahibi Umberto səhəri gün qəfil vəfat edir. Kral bunu eşidəndə çox pis olur, təəssüf hissi keçirir. Ancaq kədərlənməyə vaxt tapmır. Bir neçə saat sonra kral Umperto bir terrorçu-anarxist tərəfindən sui-qəsdə uğradılaraq öldürülür.

 

“Titanik”

1896-cı ildə Londonda çox da məhşur olmayan fantast yazıçı Morqan Robertsonun “Titanın sonu” adlı kitabı işıq üzü gördü. Kitabda “Titan” adlı nəhəng gəminin ilk və son reysindən söhbət açılırdı. Gəmi aysberqlə toqquşaraq batır. Əksər sərnişinləri həlak olur. Kitabda hətta gəminin batma tarixi də göstərilir: 1912-ci il.

Bəli, 1912-ci ildə məhz “Titanik” gəmisi aysberqlə toqquşaraq batır. Maraqlı burasıdır ki, kitabda həlak olanların sayı, gəminin texniki xarakteristikası tam dəqiqliklə göstərilmişdi.

Image result for Kral və restoran sahibi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir