sevgi

Siz də sevgilinizi ovsunlaya bilərsiniz – QADINLARA 7 TÖVSİYƏ

Baxış sayı: 1. 404

Qadınlar xüsusi cazibə qüvvəsinə malikdir desək,yəqin ki, yanılmarıq. Bu qeyri adi bacarığı ilə hər bir qadın sevgilisini ovsunlaya bilər. Amma necə? Gəlin,psixoloqun qadınlara məsləhətlərini oxuyaq.

 

1) Yoldaşınız üçün daim sirli,əlçatmaz olun.

Adətən,bir neçə illik evlilikdən sonra qadın yoldaşından əminlik hiss edib rahatlaşır.Özünə qarşı əvvəlki kimi tələbkar olmur.Görkəminə bir o qədər əhəmiyyət vermir,ümumiyyətlə,sevgilisi üçün adiləşir.Bu mövqe ilə qadın çox böyük səhvə yol verə bilər.Həyat kişilər üçün döyüş meydanıdır – sevgilisinin məhəbbətini qazanmaq isə onun üçün əlçatmaz qələbə olmalıdır.Onlar hər zaman sizin sevginizi,rəğbətinizi,hörmətinizi qazanmağa çalışmalıdırlar.Hər gün,hər zaman o,bir addım öz məqsədində irəli getməlidir.Amma əgər yoldaşınız hiss etsəki,artıq sizə qalib gəlib,o,dərhal özünə başqa bir hədəf axtaracaq.Buna isə yol vermək olmaz.

 

2) Son qərar qəbul etmək şansını kişilərə verin.

Xüsusilə,qonaqlıqda,evdən kənar yerlərdə zəkalı qadın hamıya göstərməlidir ki,onun yoldaşı ağıllıdır,hökmlüdür,əsl ailə başçısıdır.Kişilər üstün olduqlarını həmişə hiss etməlidirlər,hətta belə olmadıqda qadın daim bu barədə düşünməlidir,şübhəsiz,əgər ailəsinin möhkəm olmağını istəyirsə.Uşaqlar,qohum-əqraba bilməlidir ki,ailəni kişi qəbul edən qərarlar tənzimləyir.Halbuki, məlumdur ki,güclü ailəni – güclü qadın idarə edir və hər bir dahi kişinin arxasında müdrik qadın durur!

 

3) Tənqiddən uzaq olun.

Bu mərhələdə qadın əsl bacarıqlarını nümayiş etdirməlidir.Xoş sözlə, düzgün hərəkətləri tərifləməklə – mənfi cəhətləri qismən aradan qaldırmaq mümkündür.Tənqid,iradlar yalnız yoldaşınızı qıcıqlandıra bilər.Ehtiyyatlı olun!

 

4) Eviniz rahat və səliqəli olsun.

Ağır,çətin iş günündən sonra hər bir kişi rahat,sakit,onu sevən insanlar olan evə qayıtmaq istəyir.Çalışın onun bu tələbatlarını ödəyin. Axı bu çox asan üsuldur,xüsusən,sevən qadın üçün!

 

5) Öz maraqlarınızı unutmayın.

Bəzi qadınlar evlilik zamanı yalnız yoldaşlarının maraqları ilə yaşayırlar.Özlərini unudur,ikinci plana çəkirlər.Bu nəinki qadını,hətta bütün ailəni uçuruma apara bilər.Çünki hər bir insanın uzun müddət səbrli,dözümlü,hövsələli olması sonda əsəbliliklə,psixolojı travmalarla nəticələnir.Ailə qurbangah deyil! Hər bir ailə üzvü şəxsiyyətdir,hər birinin maraqları,məqsədləri olmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir