qebile

Siz onlar kimi yaşaya bilərsiniz? – FOTOLAR

Baxış sayı: 1. 484

Yüzlərlə yerli qəbilənin yaşadığı Venesuella-Braziliya sərhədindəki Amazon meşələri reportyorlar tərəfindən görüntülənib.

Amerika qitəsinin kəşf edilməsidən 500 il keçsə də, hələ də tərkibi tam kəşf edilməmiş  yerli xalqların ən böyüyü Yanomamilər qəbiləsidir. Onların xarici dünyayla əlaqəsi olmayan düşərgələri var. Müasir cəmiyyətdən tamamilə uzaq olan bu qəbilə təbiətlə sıx təmasdadır.

20-ci yüzilliyin sonundan etibarən isə Yanomamilər qaçaq metal axtaran ispaniyalı qızıl ovçuları tərəfindən təhdid ediliblər.

Afrikadə və Orta Şərqdəki bəzi qəbilələrdə olduğu kimi, yanomamilərdə də ailənin məsləhət gördüyü şəxslə evlənmək mümkündür. Qəbilənin qadınları uşaqlarla məşğul olur, bağ işləri görür, kişiləri ovçuluq və balıqçılıqla məşğuldurlar. Qəbilənin yaşlı üzvləri isə balacalara yaşam bilgilərini və adət-ənənələrini öyrətməklə nəsildən-nəsilə ötürürlər. Ticarət anlayışı olmayan qəbilədə uşaqlara qulluqdan ovçuluğa kimi hər şey ortaqdı. Ən böyük düşərgə 3 ailədən ibarətdir. Burda qonşu qəbilələrlə düşmənçilik yoxdur.

14 min əhalisi olan qəbilə vergilərdən, ölkə idarəçiliyindən və yardımlarından uzaq bir həyat yaşayır.

“Gencaile.az”  Yanomami qəbiləsinin fotolarını təqdim edir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir