KISI

Sizdə bu xüsusiyyətlər varsa iş adamı ola bilmərsiniz

Baxış sayı: 1. 677

Mark Zuckerberg, Richard BransonBill Gates. Dünyanın heyran olduğu və ən varlı insanlar siyahısında iştirak edən bu üç insanın ortaq xüsusiyyəti dünyanın ən yaxşı sahibkarları olmasıdır. Biz isə sizə sahibkar ola bilməyəcək insanların ortaq dörd xüsusiyyətini paylaşırıq. Əgər bu xüsusiyyətlər sizdə varsa o zaman sizin öz işinizi qurmağınız çətin ola bilər.

biznes

1. İstiqamətləndirmə gözləmək

Araşdırmaya görə hər hansı bir işdə öz planlarından çox başqalarından istiqamətləndirmə gözləyənlərin istədikləri müvəffəqiyyəti əldə edə bilməyəcəkləri bildirilir.

Gördüyü işdə müvəffəqiyyətli olmaq istəyənlər üçün içlərindəki sahibkarlıq instinktlərinə qulaq asmaları və bu yolda lazım olsa başqalarını da özlərinə inandırmaqları tövsiyə edilir.

2. Mükəmməlliyyətçi olmaq

Əgər mükəmməl olmaq üçün yaşayırsınızsa heç zaman müvəffəqiyyətli ola bilmərsiniz. Çünki bir işin müvəffəqiyyət yolunda hər şey hər zaman mükəmməl ola bilməz. Bir də mükəmməlliyətçi olmaq istəyənlərin iş yoldaşları ilə münasibətləri də mükəmməl olmur. Hər işin ən yaxşısını özləri etdiklərini düşündüklərindən ortaq işlərdə müvəffəqiyyətdən çox müvəffəqiyyətsizlik gətirirlər.

3. Pula münasibət

İnsanların pula qarşı münsibətlərinin də onların nə qədər müvəffəqiyyətli bir iş adamı olacaqlarına dair işarələr verdiyini göstərir. Pul mövzusunda mühafizəkar olanların da, laqeyd olanların da sahibkarlıq sahəsində müvəffəqiyyətsiz olacağı bildirilir.

4. Yalnız xəyal qurmaq

Edəcəyi işlər barəsində yalnız xəyallar quraraq kiçik addım belə atmayan insanların da iş qurmaq mövzusunda uğurlu ola bilməyəcəyi deyilir. Çalışın xəyal etməyin. Risk edin!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir