m

Sizi 5 yaş gənc göstərəcək krem – Özünüz hazırlayın

Baxış sayı: 1. 589

Göz ətrafındakı qırışları aradan qaldırmaq üçün kosmetoloqa getməyə ehtiyac yoxdur. Özünüz evdə krem hazırlayaraq həm gözəlliyinizin qeydinə qalar, həm də büdcənizə qənaət etmiş olarsınız. Hər qadının problemi olan göz ətrafı qırışlardan qurtulmaq üçün “Gencaile.az”-ın təqdim etdiyi bu kremi hazırlayın. Göz ətrafı qırışlarınız yox olacaq, üstəlik, 5 yaş daha gənc görünəcəksiniz.

 

Lazım olan vəsaitlər:

1 qaşıq hindqozu yağı

2 damcı E vitamini

2 damcı kəklikotu yağı

 

Hazırlanması:

Hindqozu yağı, E vitamini və kəklikotu yağını bir qabda yaxşıca qarışdırın. Krem halına gələn qarışımı hava keçirməyən bir qaba qoyduqdan sonra soyuducuda saxlayın. Bu göz kremini yatmadan iki saat əvvəl bütün gözə masaj edərək yedirin. Krem çox olarsa, salfetlə təmizləyin. Göz kənarındakı qırışların daha asan və təsirli şəkildə azaldığını görəcəksiniz.

Gözlər üçün möhtəşəm bir qarışım olan bu göz kremini makiyajı silmək üçün də istifadə edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir