test

Sizi digər insanlardan hansı xarakterləriniz fərqləndirir? – PSİXOLOJİ TEST

Baxış sayı: 1. 431

Bu testin köməyi ilə siz kifayət qədər tez bir vaxt ərzində sizi digər insanlardan fərqləndirən müxtəlif xarakter növlərini öyrənə bilərsiniz. Test çox sadə olduğu üçün suallara sadəcə “bəli” və ya “xeyir” kimi cavablar vermək lazımdır.

  1. Kəskin ədviyyatlı yeməkləri xoşlayırsınızmı?
  2. Müəyyən dairələrdə (kompaniyada, kollektivdə) özünüzü yaxşı hiss edirsinizmi?
  3. Sizdə bəzən sevincdən göylərə uçmaq arzusu yaranırmı?
  4. Öz qonaqlarınızı əyləndirə bilirsinizmi?
  5. Başınız tez-tez ağrıyır?
  6. Dişlərinizi təmizləməyi unutduğunuz vaxtlar olurmu?
  7. Həmişə eyni saç düzümünü daşıyırsınız?
  8. Krossvord (tapmaca) həll etməkdən zövq alırsınızmı?
  9. Gimnastika ilə və ya idman ilə məşğul olursunuz?
  10. Qəmgin əhval-ruhiyyəsində tez-tez olursunuz?
  11. Sakit vəziyyətdə işləmək xoşunuza gəlirmi?

 

Xarakterin təyin edilməsi haqda testin nəticələri:20 baldan aşağı nəticə:

Siz yığıncaqları (kompaniyaları) o qədər də çox sevmirsiniz. Əsasən sakitlik və təbiətdə gəzintilər sizin daha çox ürəyinizcədir. Siz dostlarınız ilə axşam səs-küylü kafe və restoranlarda deyil, daha çox isti ev şəraitində ünsiyyət saxlamağa üstünlük verirsiniz. Buna görə dostlarınız və tanışlarınız düşünürlər ki, siz darıxdırıcı insansınız.

21-25 bal: Siz kifayət qədər yüngül xasiyyətlisiniz, insanlarla daha tez ünsiyyət tapırsınız, çox dəyişkən əhval-ruhiyyəyə meylli deyilsiniz.

25 baldan yuxarı nəticə: Yığıncaqlarda və kompaniyalarda sizin əvəziniz yoxdur. Çox gözəl yumor hissiniz var. Siz digər insanlarda yaxşı əhval-ruhiyyə yarada bilirsiniz. Çox asanlıqla insanları güldürə, zarafat edə, maraqlı əhvalatlar danışa bilirsiniz.

Suallar
Cavablar 1 2 3 4 5 6 7 8 9 10 11
Bəli 3 2 4 3 1 4 3 1 3 1 4
Xeyir 2 1 2 2 2 1 1 4 1 4 1



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir