sinckers tortu

Snickers dondurmasını özünüz hazırlayın

Baxış sayı: 928

İsti yay günləri vücudumuzu sərinlədən dondurmadan gözəl nə ola bilər? Tərkibi bilinməyən dondurma almaq əvəzinə evdə daha sərfəli və doyumlu dondurma hazırlaya bilərsiniz.

“Gencaile.az” saytı olduqca ləzzətli Snickers dondurmasının ev şəraitində hazırlanma qaydasını təqdim edir.

 

Tərkibi:

2 ədəd “Snickers” şokoladı

yarım stəkan qatılaşdırılmış süd

1 stəkan süd

1 stəkan qaymaq

yarım stəkan şokolad sousu

 

Hazırlanma qaydası:

Snikersi və qatılaşdırılmış südü su hamamında əridin. Əriyən qarışığı başqa bir qaba tökün,süd, qaymaq və şokolad sousu ilə qarışdırın. 2 saat soyuducuda gözlədin. Qarışığı soyuducunun dondurucu gözünə yerləşdirin və 2 saat dondurun. Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir