tavakotleti

Sobada tavakotleti necə hazırlanır? – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 772

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə sobada tavakotleti hazırlamağın qaydasından bəhs edəcəyik. Xatırladaq ki, bu resept 6 nəfərlikdir.

 

Tərkibi
900 q quzu əti
1 dəstə cəfəri
2 soğan
duz
qara istiot
3 kartof
3 pomidor
zeytun yağı

Sous: 
3 soğan
1 qırmızı bolqar bibəri
1 st. tomat suyu
1 x.q. narşərab
1 x.q. zeytun yağı
0,5 st. su
duz
istiot

Qiymə, duz, istiot, xırdalanmış soğan və cəfərini qarışdırıb yoğurun. 2 saat soyuducuda saxlayın.
Sous: Qırmızı bibəri təmizləyib xırda doğrayın. Soğanları da xırda doğrayın. Zeytun yağında bibərlə soğanı qovurun. Tomat suyu, narşərab, su və qara istiot əlavə edib bir qədər qatılaşanadək bişirin.
Kartofları təmizləyib 5 mm qalınlıqda fal-fal doğrayın. Pomidorları da eyni qaydada doğrayın. Kartofu zeytun yağında qızardın.
Qiymədən 12 ədəd kotlet tutun. Yağlanmış siniyə düzün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin. Sinini çıxarın, kotletlərin üzərinə kartof və pomidor dilimlərini düzün. Sousu sininin içinə tökün. Sinini təkrar sobaya qaytarıb xörəyi daha 15-20 dəqiqə bişirin.
Süfrəyə isti-isti verin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir