is

Söhbət puldan gedirsə 3 belə dostunuz olsun

Baxış sayı: 225

Mütləq bu üç insanla dostluq edin. Onlar pul idarəsi mövzusunda peşəkardırlar

Hər kəs pul qazana bilər. Ancaq onu düzgün bölüşdürmək və istifadə etmək xüsusi qabiliyyət tələb edir.

YIĞIMCIL QARIŞQA

Dostlarınızdan biri mütləq yığımcıl insan olmalıdır. O, pulu yaxşı toplamağı, qənaət etməyi bacarmalıdır. Lazım olanda, ondan pul məsələlərində məsləhət və fikir alın. Ondan kömək istəyin. Bu dostunuzun həm həyatının bu gününü yaşayıb, həm də pul toplamağı bacardığına əmin olun. Bunları tənzimləmək böyük əhəmiyyət kəsb edir. Belə bir yoldaşınız varmı?

 Image result for iş ortaqları"

YATIRIMCI BAFFET

Elə dostunuz olmalıdır ki, pul artırmaq və investisiya etmək mövzularında bilikli olsun. Gəlir, risk, müddət, yatırım və zamanın pul dəyəri anlayışlarını yaxşı dərk etsin. Maliyyə sahəsində səriştəli olsun. Öz etdiklərindən sizə bəhs etsin. Siz onun etdiyi planları qətiyyən bir-başa tətbiq etməyin. Ancaq sizi öyrənməyə ruhlandırsın, araşdırmaq üçün ilham versin. Birlikdə oturub, qəhvə və ya çay içərkən yatırım və fürsətləri dəyərləndirmə kimi mövzulardan bəhs edəsiniz. Belə bir dostunuz varmı?

 Image result for iş ortaqları"

BÜDCƏ SƏRRAFI

Pulunu yaxşı idarə edən, hesab-kitab işini bilən dostunuz olmalıdır. Həyatdakı maliyyə sürprizlərinə qarşı güclü duran biri olmalıdır. Sizə büdcənizin əsas sütunlarını izah edəcək, büdcə planlaşdırmağı öyrədəcək biri olmalıdır həyatda. Bəs, belə birini necə tapacaqsınız? Soruşun. Maraqlanın, gəlir və xərclərini idarə edə bilən, büdcə qavraması güclü olan bir dostunuz olsun.

Belə bir varlı dostu hardan tapım deyə narahat olmayın. Pul mövzusunda miqdar deyil, doğru idarəçilik əsasdır. Əgər borcunuz varsa, borc bağlama barəsində təcrübəli insanlardan fikir əldə edin. İnsanlar borcları barədə asanlıqla danışmazlar. Amma siz yenə də “Borcun  varmı?” deyə soruşun. “Mənim bir az borclarım artıb” – deyə dərdinizi ona açın. Ondan məsləhətlər alın.

Unutmayın ki vərdişlərinizin təməli əldə etdiyiniz dostluqlardan başlayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir