Hamile

Şokolad yeyən hamilənin uşağı xoşbəxt doğulur? – ARAŞDIRMA

Baxış sayı: 131
2014-cü ildə Finlandiyadakı Helsinki Universitetinin professoru Katri Raikkonen şokolad yeməklə şad-xürrəm uşağın doğulması arasında bağlılığı araşdıran təhqiqatının nəticələrini dərc edib.
Bu araşdırmaya medianın hay-küylü təbliğat reaksiyasına baxmayaraq, elə birincisi, Raikkonenin özü vurğulayıb ki, şokolad yeməklə xoşbəxt bir uşaq doğmaq arasındakı əlaqə elmi baxımdan isbat olunmayıb. Bununla belə, alim qadın qeyd edir ki, şokoladın inkişafda olan dölə təsirini ağlabatan şəkildə göstərən “bioloji mexanizmlər” mövcuddur.
“Burada dolayısı ilə, ”psixoloji” əlaqə ola bilər, – deyib xanım Raikkonen, – ola bilsin ki, hamilə qadın şokolad yeyərkən yaxşı hisslər keçirdiyi üçün bu hissiyyat onun bətnindəki uşağı da müsbət təsirləndirir”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir