yataq

Son istifadə tarixi olmayan ev əşyaları

Baxış sayı: 277

Yediyimiz qidaların son istifadə tarixləri üzərlərində yazılır və ona uyğun istifadə edib- etməyəcəyimizə qərar veririk. Ancaq evdə işlətdiyimiz elə əşyalar var ki, onların son istifadə tarixi bəlli deyil. Həmin əşyaların nə qədər zaman içərisində istifadə edilməli  olduğunu və sağlamlıq baxımından nə kimi risklər daşıdığını bilirsiniz? “Gencaile.az” son istifadə tarixləri bəlli olmayan və bu üzdən sağlamlıq üçün təhlükə yaradan ev əşyalarını diqqətinizə çatdırır.

 

Yastıqlar 

Yastıqların son istifadə tarixləri 2 ildir. Materialı nə olur-olsun, zaman keçdikcə sadəcə qurdlar üçün bir yuva halına gəlir. Bu nöqtədən sonrakı addım isə allergiyadır.

 

 

Başmaqlar

Başmaqlarınızı hər 6 aydan bir dəyişdirməyiniz məsləhət görülür. Əgər dəyişdirməsəniz, göbələklərin artması üçün münbit şərait hazırlamış olarsınız.

 

Əmziklər

Əmziklər lateksdən hazırlanıbsa, ömürləri 2-5 həftə arası sürər. Çünki bu material tez çatlayır və mikroblar ən kiçik çatlarda böyüməyə başlayar.

 

Diş fırçaları 

Diş fırçalarının 3 ayda bir və ya daha qısa zamanda dəyişdirilməlidir. Diş fırçaları dəyişməzsə, üzərində qalan bakteriya və göbələklər üzündən, diş əti xəstəlikləri də daxil olmaqla infeksiya riski daşıyır.

 

Dəsmallar

Sıx-sıx istifadə olunan dəsmallar sadəcə 1 il istifadə olunmalıdır. 1 ilin sonunda dəsmallar atılmalıdır. Çünki müəyyən zaman sonra dəsmallar yuyulsa belə, üzərindəki allergen maddələr getməz və qısa zamanda qoxu yaranmasına səbəb olar.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir