ev heyvanlari

SOS: Evinizdə saxladığınız xəstəliklərdən də xəbəriniz varmı?

Baxış sayı: 1. 747

Ev heyvanı saxlayanların sayı bizim ölkədə də ildən-ilə artır.

Bizdə ən çox it, pişik, dovşan və s. kimi tüklü heyvanlar saxlanılır. Hətta elə insanlar var ki, tənhalıqdan bezib, heyvanların sadiqliyinə inanır və onlarla eyni evdə dost kimi yaşayırlar. Pişiklərin əsəbləri sakitləşdirdiyini düşünüb evini pişik yığıncağına çevirən qəribə insanlara da rastlamaq mümkündür. Bəs ev heyvanlarıyla yanaşı evinizdə saxladığınız xəstəliklərdən də xəbəriniz varmı?

Ev heyvanlarının tökdüyü tüklər ciddi xəstəliklərə yol açır.

Evdə saxlanılan heyvanlardan tökülən tüklər bir vasitə ilə sizin yediklərinizə yapışa bilər. İnsanlar heyvan tüklərini yeməsi çox ciddi xəstəliklərə yol aça bilər.

Xüsusilə balaca uşaqlar olan evdə ev heyvanı saxlamaq çox böyük təhlükədir. Əgər ev heyvanı saxlayırsınızsa, uşağınızın heyvanla çox sıx təmasda olmasına icazə verməyin və toxunduqdan sonra əlini sabunla, bol suyla yaxşı yumasını tələb edin. Uşaq olan evdə heyvan saxlamamaq daha məsləhətlidir.

Pişiklər fərqli fəsillərdə tük dəyişdirdiyi üçün onlarda tök tökülmələri daha çox olur. Buna görə evində pişik saxlayanlar daha diqqətli olmalıdırlar.

Evində dovşan saxlayanlar isə dovşalarını siçandan qorumalıdır. Çünki siçan dovşanı dişləyərsə, siçanda olan yoluxucu xəstəliklər dovşana keçə bilər və bu xəstəlik onunla təmasda olan insana da bulaşar. Buna görə bu cür hallara çox diqqət etmək lazımdır.

Bütün bunları nəzərə alaraq, evdə saxladığınız heyvanları xəstəliklərə qarşı tez-tez baytara göstərib, peyvəndlər vurulmasına diqqət etməlisiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir