intihar

SOS! İmkanlı ailələrdə də intihar halları olur – PSİXOLOQ DANIŞIR

Baxış sayı: 511
Son günlər ölkəmizdə intiharlarla bağlı durum ürəkaçan deyil. Hətta vəziyyət olduqca gərgindir. Təəssüf ki, hər gün bir deyil,üç-dörd intihar hadisəsi qeydə alınır. İnsanlar müxtəlif səbəblərdən canlarına qıyır. Ötən gün Azərbaycanda 4 intihar hadisəsi baş verib. Bakıda 63 yaşlı kişi özünü binadan ataraq intihar edib. Gəncədə isə 28 yaşlı kişi parkda boğazını kəsib.
Qəbələ rayonunda da intihar hadisəsi olub. Qadın rayonun Solqıca kəndi ərazisində özünü asıb.
İntiharların artmasını stress faktorunun çox olması ilə əlaqləndirən psixoloq Elnur Rüstəmov bildirir ki, bu gün intihar edənlərin əksəriyyəti sağlam və cavan insanlardır:
“Bunlar onu göstərir ki, əsasən psixoloji faktorlar səbəbindən intihar edənlərin sayı çoxdur. Məsələn, əvvəllər uzun müddət xəstəlikdən əziyyət çəkən insanlar, zərərli vərdişləri olanlar və tənha şəxslər intihar edirdisə, bu gün fərqli mənzərənin şahidi oluruq. Bu da onu göstərir ki, günümüzdə daha çox psixoloji narahatlıq faktorundan dolayı insan özünə qapanır və canına qıymaq kimi düşüncəyə gəlir.
Psixoloq qeyd edir ki, intiharı konkret olaraq iqtisadi durumla əlaqələndirmək olmaz:
“Maddi vəziyyəti yaxşı olan ailələrdə də intihar halları olur. Hər bir insanın stressdən çıxış yolu fərqli olduğu kimi, narahatlıqları da fərqlidir. Hamı doğru istiqamət seçə bilmir. Bəziləri özünə qapanır və canına qıyır”.
E.Rüstəmov mövcud durumdan çıxış yollarını da diqqətə çatdırdı:
“İntiharların qarşısını almaq üçün insanlar ilk növbədə bir-birinə qarşı diqqətli olmalıdırlar. Xüsusən də ailə üzvləri. İntiharla bağlı hansısa siqnal və fikir eşidirlərsə, mütləq həmin düşüncəni ciddiyə alıb tədbir görməlidirlər. Düşünürəm ki, KİV-lərdə intiharla bağlı xəbərlər az işıqlandırılsa, daha yaxşı olar. Çünki intihara əngəl olan qabaqlayıcı tədbirlərdən biri budur.
İnsanların həyat keyfiyyətini artırmaq, onların psixoloji dayanıqlılığını qoruyub saxlamaq və stressə dözümlülüyü artırmaq üçün cəmiyyətdə maariflənmə işi aparılmalıdır. Bu, intiharların qarşısını almaqda vacib hal olacaq”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir