aids

SOS: QİÇS daşıyısıcı ola bilərsiniz – ƏLAMƏTLƏR

Baxış sayı: 1. 934

İnsan orqanizmi infeksiyaya yoluxandan sonra QİÇS-in əlamətlərini, hətta illərlə müəyyən etmək olmur. QİÇS virusunun əlamətlərini ilk dövrdə anlamaq olmur. Hazırda ABŞ-da QİÇS daşıyıcısı olan hər 5 insandan biri bu xəstəliyin daşıyıcısı olduğundan xəbərsizdi. Buna görə QİÇS virusu üçün test edilməli və bir neçə fərqli insanla cinsi əlaqəyə girərkən, qorunmağı unutmamaq vacibdir. QİÇS virusunun əlamətlərini bilmənizdə fayda var. “Gencaile.az” həmin əlamətləri sizə təqdim edir.

 

1. Qızdırma – İlkin əlaməti 38.35 dərəcə qızdırma olmasıdır. Qızdırmayla yanaşı, yorğunluq, şişmiş linfalar, boğaz ağrısı kimi əlamətlər də  özünü büruzə verir. Bu zaman virus qana doğru hərəkət edir.

2. Yorğunluq – İmmunitet sisteminin virusa qarşı mübarizə göstərməsi zamanı bədənin ifraz etdiyi inflamator maddələr bədənə yorğunluq və əzginlik hissi verir. Yorğunluğa bəzən  virusun sonrakı dönəmlərində də rastlamaq mümkündür.

3. Qarışıqlıq və diqqət pozğunluğu – QİÇS yaddaş problemləri, qəzəb və əsəbilik kimi davranışlarla da özünü göstərir.

4. Oynaq ağrısı, əzələ ağrıları, şişmiş linfa düyünləri olanda bəzən bunun qrip, viral infeksiya, sifilis, hepatitlə əlaqəli olduğu düşünülür. Ancaq bu göstəricilərlə yanaşı, QİÇS zamanı qoltuq nahiyələrində, oynaq və boyun nahiyələrində limfa düyünləri olur.

5. Boğaz və baş ağrısı – Əgər bu əlamətlər çox tez-tez baş verirsə, QİÇS testi elətdirməniz yaxşıdır. QİÇS ilk dönəmlərdə daha çox yoluxucu olur və 1 testlə kifayətlənmək olmaz. Mütləq  fərqli testlər edilməlidir.

6. Dəridə töküntülər baş verə bilər – Qaşınmalara səbəb olan çəhrayı rəngli səpgilər dərinin görünən yerlərində olur. Əgər bu səpgilərin əsl səbəbi bilinməzsə, QİÇS testi etdirməniz vacibdir.

7. QİÇS-ə yoluxan insanların 30-60 faizində ilk dövrlərdə mədə bulantısı, qusma və ishal kimi əlamətlər büruzə verir. Anti-retroviral müayinəsi zamanı bu virus ortaya çıxa bilər. Sağlam immunitet sistemi olan insanlarda bu əlamətlər görülməyə də bilər.

8. Çəki azalması və ishal QİÇS-in əlamətlərindən biridir. Normadan artıq çəki azalması immunitet sisteminin zəiflədiyi anlamına gəlir. İnsan çəkisinin birdən-birə 10 kq azalması və 30 gün ərzində yaşanan qızdırma və halsızlıq zamanı QİÇS-ə yoluxma riski yüksək olur.

9. Dırnaqlarda dəyişiliklər – Dırnaqlarda rəng dəyişimi və qalınlaşma baş verir.

10. Ağızda çıxan uçuqlar və genital bölgədəki uçuqlar ARS və QİÇS infeksiyası əlamətlərindən ola bilər. Uçuqlar da QİÇS-ə yoluxma riskini yüksəldir. Genital bölgədəki uçuqlar cinsi yaxınlıq zamanı QİÇS virusuna yoluxmaya səbəb olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir