efsane rustemova

“Sosial əlillik” – “NATAMAM”

Baxış sayı: 339

-Özümü, niyyətimi izah edə bilmirəm insanlara! Bağışlayın, salam vermədən başladım elə. Amma çox əsəbiyəm. Deməli, mən hər daxil olduğum yeni mühitdə bir də özümü-niyhətimi-məramımı yenidən izah etməliyəm ki, üslubum anlaşılsın..?! Onlar məni anlamağa cəhd eləməsələr də, mən mütəmadi bir özünüizah çabasındayam. Bu məni yorur. Və bu yorğunluğun qarşılığında mənəvi və ya maddi heç bir qazancım olmur. Boşuna çabalamış, səy göstərmiş oluram. Bu boşluq da mənim həyatımın tamamın əhatə etdiyi üçün bezmişəm! Davam etmək istəmirəm, nə həyata, nə də izaha! (Bir nəfəsə danışıb əlini qoynunda kilitlədi. Həmin gün mən danışmasam, eləcə də oturardı gün ərzində. Nəfəs tempi heç cür sakitləşmirdi.)

-Bu aralar da hamı bundan şikayətlənir. Mən də anlamıram, axı həyatın hər dönəmində olub yeni tanış olduğumuz insanlara özümüzü tanıtmaq, təqdim etmək. Heç əvvəllər belə xüsusi bir problem yaşanmamışdı. İndi nə dəyişib ki, insanlar bundan usanıb, bezib, hətta dilə gəyirəcək həddə çatıb.. (Mən belə danışdıqca məsələ onu da düşündürməyə və sakitləşdirməyə başladı.) Səmimi deyim ki, indi səninlə bərabər mən də səsli düşünərək bu hadisənin kökünə enməyə çalışacam. Düşünürəm ki, əvvəl insanlar bu qədər fərqli kimlikdə görümək çabasında olmayıblar. İndi bizim sosial-ictimai kimliklərimiz fərqli, bundan qaynaqlanaraq da təqdim etdiyimiz və əslində olan kimliyimiz də fərqlidir. Biz insanlara özümüzü iş sferasında təqdim ediriksə, ancaq buna uyğun keyfiyyətlərimizlə tanış edirik, daha sonra o şəxs biziç sosial çevrəmizə də daxil olursa, şəxsi keyfiyyətlərimizlə bağlı da artıq məlumat verməyə başlayırıq. Bu zaman işlə bağlı olan kimliyimizlə sosial kimliyimiz ziddiyyət təşkil edə bilir və biz bu ziddiyyəti elə izah etməliyik ki, özümüzə xələl gəlməsin. Bu çaxnaşmadı bizi yoran və bu çaxnaşmanın fərqində olmağımız. Əvvəllər də bu proseslər olub yəqin. Amma o qədər mexaniki olub ki  insanlar fərqinə belə varmayıb. İndiki halda isə bizə öyrədilən və şəxsi maraqlarımız hesabına öyrəndiyimiz özünüinkişaf təmrinləri ilə aldığımız nəfəsə belə xüsusi anlamlar yükləyirik və beyin bir də bunu analiz etməyə başlayır, beləcə bir heç bir iş görmədən artıq yorulmuş, bezmiş oluruq.

(Danışdıqlarımla onu düşündürə və inandıra bildiyimi görüb davam elədim)

Əslində hadisələr öz axarında daha gözəldir. Bizlər həyatı sürətli rejimə almışıq sanki. Bizi yoran da budur. Cəhd edən də ona görə sizsiniz. Çünki fərqindəliyiniz daha yüksəkdir. Proses sizə daha çox maraqlıdır. Halbuki qarşı tərəfin də maraq və mövqeyin öyrənib ona uyğun yol bəlirləsəniz, yük sizə düşməz, proses əyləncəli olar və ikinizin də maraqları təmin olunar.

Bundan sonraki ilk tanışlığında bunu sına. Əmin ol ki, daha yaxşı hiss etdirəcək. Təcrübəylə sabitdir (deyib gülümsədim, özümə rəva bildiyim yöntəmi onunla paylaşdığım üçün olduqca məmnun oldu)

-Təşəkkür edirəm. Dedikləriniz haqda yenidən düşünmək istəyirəm. Hamısını və tək-tək nəzərdən keçirmək lazımdır. Ona görə indi gedim mən. Not alım bir yerə dediklərinizi.

(O özünü yoracaq yeni bir məşğuliyyət tapmışdı, amma bu onu xoşbəxt etmişdi deyə müdaxilə eləmədim və o bu gün qapıdan Sosiallığına mane olan dəyənəklərin atıb qaçaraq çıxdı..

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir