KOMPUTER

Sosial şəbəkə istifadəçilərinin yaş həddi azalır?

Baxış sayı: 572

Sosial şəbəkədə əksər platformaların yaş həddi 13-dən yuxarıdır. Lakin bu qaydaya baxmayaraq, beş yaşına qədər olan uşaqlar sosial şəbəkədən geniş istifadə edirlər. Böyük Britaniya hökumətinin təsdiqlənmiş yayım, telekommunikasiya və poçt tənzimləyicisi ilə rəqabət orqanı olan Rabitə Ofisi və ya qısaca “Ofcom” tərəfindən sosial şəbəkə vərdişləri ilə bağlı illik araşdırma, beş-yeddi yaşlı uşaqların üçdə birinin sosial şəbəkə profilinə sahib olduğunu müəyyən edib. Sosial şəbəkədən istifadə edən 8- 11 yaşa qədər olan uşaqlar arasında ən populyar platforma isə “Tik-Tok” olub.

Sorğu həmçinin müəyyən edib ki, üç-dörd yaşlı uşağı olan valideynlərin 22 faizi, səkkiz-on bir yaşlı uşaqların valideynlərinin isə 38 faizi yetkinlik yaşına çatmamış övladlarına sosial şəbəkədə profil sahibi olmağa icazə verib.

Digər məşhur platforma olan “İnstagram” da bu şəkildə istifadə olunur və bu platformada da yaş həddi 13-dən yuxarıdır.

Bununla belə, sorğunun nəticələrinə görə, sosial şəbəkədə bir çox uşaq eyni sosial şəbəkədə birdən çox profilə sahib olmağa üstünlük verir: “Sorğuda iştirak edən 8-11 yaşlı hər üç uşaqdan ikisi sosial şəbəkədə birdən çox hesab və ya profildən istifadə edir.”

Qeyd edək ki, çinli “ByteDance” şirkətinə aid olan “Tik-Tok”un yaş həddi bir çox digər tətbiqlərdə olduğu kimi 13 yaş və yuxarıdır.

Platformanın sözçüsü “həm qeydiyyat zamanı, həm də şübhəli yetkinlik yaşına çatmayan hesabların platformadan silinməsi yolu ilə minimum yaş tələblərimizi tətbiq etmək üçün müddətimiz var. Bizim üçün cəmiyyətimizin, xüsusən də gənclərin təhlükəsizliyindən daha vacib heç nə yoxdur,” deyə bildirib.

Hesabatda üç-dörd yaşlı uşaqların (“Ofcom”un dediyi kimi “Tik-Tots”) 16 faizinin “Tik-Tok”da videolara baxdığı bildirilib. Bu isə o demək deyil ki, uşaqların öz hesablarıdır. Çünki, bu yaş qrupunda olan uşaqlara valideyn və ya digər şəxslər “Tik-Tok”dakı videonu göstərə bilərlər.

 

Məhdudiyyətlərə əməl olunmur

“Ofcom”un strategiya və araşdırma direktoru Yih-Choung Teh nəticələrin həqiqətən təəccüblü olduğunu deyib: “Mənim on bir və səkkiz yaşlı uşağım var. Onun həmyaşıdlarının 60 faizinin sosial şəbəkə profili var və bu mənə bir qədər təəccüblü gəlir. Böyük texnoloji platformalar öz şərtlərində minimum yaş həddi təyin edirlər. Amma görünən odur ki, sanki bu məhdudiyyətlərə düzgün əməl olunmur.”

Teh həmçinin qeyd edib ki, valideynlər övladlarının internetdə nə etdiyini bilməlidirlər.

O, sözlərinə belə davam edib: “Onların nəyə baxdıqlarını demək həmişə asan olmur və fikrimcə valideyn olaraq uşaqlarımızla etdikləri işlər barədə yaxşı dialoq qurmağa borcluyuq.”

 

Gizli istifadə edirlər

Sorğu 12-17 yaşlı hər beş uşaqdan birinin gizli şəkildə internetə girdiyini və ya baxış tarixçəsini sildiyini müəyyən edib. Bundan əlavə, araşdırma uşaqların onlayn mühitdə internetdə çoxlu müsbət təcrübələrinin olduğunu da aşkar edib.

Narahatlıqlara baxmayaraq, 13-17 yaşlı gənclərin 53 faizi “Ofcom”a açıqlamalarında sosial şəbəkədə aktiv olmağın onların psixi sağlamlığı üçün yaxşı olduğunu söyləyərkən, 17 faizi isə bununla razılaşmır.

Sorğuya görə, böyüklərin 70 faizi yalan məlumatı aşkar edə biləcəklərinə əmindir. Lakin yalnız 20 faiz reallığı aşkar edə bilib. 12-17 yaşlılar arasında bu göstəricilər təxminən 75 faiz və 10 faizdən bir qədər çoxdur.

“Ofcom” sorğusunun həqiqətən təəccüblü statistikası ondan ibarətdir ki, çox sayda insan, üç nəfərdən ikisindən çoxu internetdə gördüklərinə olduqca şübhə ilə yanaşır. Amma bir problem var ki, onlar faktı uydurmadan ayırmaq qabiliyyətlərinə həddən artıq arxayındırlar.

Qeyd edək ki, sorğuda iştirak edənlərin yalnız dörddə birinin bu tətbiqdə saxta sosial şəbəkə profili aşkar edilib.

 

Vüsal Cahanov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir