sosial media

Sosial şəbəkədə nələrİ etməməlisiniz? – 5 NÜANSA DİQQƏT!

Baxış sayı: 1. 563

Sosial medianı əksəriyyətin sevdiyini və ya sevməsə də, istifadə etdiyini bilirik. Amma sosial şəbəkə düşündüyünüz qədər məsum və ya bəsit olmaya bilər. Bu səbəbdən də nələr paylaşdığınıza və ya yazdığınıza diqqət etməniz baxımdan bəzi məsləhətlər yararlıdır.

“Gencaile.az” Türkiyə mətbuatına istinadən sosial şəbəkədə nələr etməməli olduğunuzun siyahısını təqdim edir:

1)  Əgər işləyirsinizsə, iş yeriniz, rəhbərlikdə olan şəxslər və ya iş yoldaşlarınız, tələbəsinizsə müəllimlər və oxuduğunuz ali məktəb rəhbərliyi barədə paylaşım etməyin. Təkcə bu deyil. “İşdə çox darıxdım” və ya “heç işləmək istəmirəm” tipli paylaşımlar da pis bir işçi imici yaratmağınıza səbəb ola bilər.

2)  Həddən artıq  çox məlumat paylaşmayın. Bəli, sosial media hər an hər yerdə bir çox məqsədlə istifadə olunur. Amma özəl həyatınızla sosial şəbəkə arasındakı cizgini yaxşı cızmalısınız. Kiminlə, harada nə yaşadığınızı, nə hiss etdiyinizi hər zaman paylaşmaq doğru olmaya bilər. Bəzi şeylər sizə və yaxın dostlarınıza özəl qalmalıdır.

3)  Siyasət, din, irq kimi bir çox mübahisəli mövzulardan mümkün qədər uzaq dayanın. Həm karyera, həm də çevrəniz baxımdan ən doğrusu budur, əmin ola bilərsiniz. Daim bu mövzularda paylaşımlar etmək, ya da belə mübahisələrə qatılmaq sizə qarşı qıcığı artıra bilər ki, bu da heç xoş sayılmaz.

4)  Dostlarınızla əylənməyə çıxanda paylaşdığınız və ya taq etdiyiniz şəkillər məsələsində də diqqətli olun. Təbii ki, bir az əylənmənin və bunu paylaşmanın böyük bir qorxusu yoxdur. Amma tutaq ki, sərxoş olduğunuzun çox açıq şəkildə göründüyü şəkilləri paylaşmaq sizin üçün çox da yaxşı nəticələnməyə bilər.

5)  Sırf əyləncə və zarafat məqsədli də olsa, qeyri-qanuni şeylər yazmayın və paylaşmayın. Hətta belə deyək: polis qarşısında deyə bilməyəcəyiniz heç bir şeyi sosial mediada paylaşmayın. Sosial mediada paylaşdığınız, sizə bəlkə də çox önəmsiz görünən yazıların sizə necə geri qayıdacağını heç bir zaman təxmin edə bilməzsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir