boshanma

Sosial şəbəkələr boşanmaya səbəb olur

Baxış sayı: 1. 667

“Facebook”, “Twitter” və digər sosial şəbəkələr boşanmaların sayının artmasına səbəb olan amillərdəndir. Bu barədə “Slater and Gordon” hüquq şirkətinin hesabatında deyilir.

Şirkət “Facebook”, “Twitter”, eləcə də “Skype”, “Snapchat” və “WhatsApp” kimi servislərin getdikcə daha çox müştərisinin boşanmasında rol oynadığını bildirir.

Hüquqşünaslar “Censuswide” şirkəti ilə birlikdə iki mindən çox evli kişi və qadın arasında sorğu keçirib. Məlum olub ki, evli olan hər yeddinci respondentdən biri həyat yoldaşının sosial şəbəkədə yazdığı şərhə görə boşanma barədə düşünüb. Təxminən eyni sayda rəyisoruşulan bildirib ki, internetdə partnyorunun xəyanət etməsi ilə bağlı sübutlar axtarır.

Eyni zamanda, hər beşinci respondent hər gün əri və ya arvadı ilə sosial mediadan istifadəyə görə mübahisə etdiyini vurğulayıb.

“Beş il əvvəl “Facebook”un nikahın posulmasına səbəb olması təsadüfi hallarda göstərilirdi, lakin indi bu adi hal alıb. Sosial şəbəkələrdə fotoşəkil və şərhlər mütəmadi olaraq boşanma səbəblərinin müzakirəsi zamanı qaldırılmağa başlanılıb”, -“Slater and Gordon”un mütəxəssisi Endrü Nüberi bildirib.

Sorğunun nəticələrinə görə, sosial şəbəkələrdə ər və ya arvadın hesabının yoxlanılması üçün geniş yayılan səbəb onların kimlə ünsiyyət qurmasını, görüşməsini və hara getməsini öyrənmək olub. Evli olan insanların dörddə biri etiraf edib ki, qarşı tərəfin belə “izləməsi” ən azı həftədə bir dəfə mübahisələrə səbəb olur, 17 faizi bu mövzuda mübahisələrin onlarda hər gün baş verdiyini deyib.

Bir sıra hallarda münaqişələrə səbəb keçmiş tanışlarla əlaqə, o cümlədən, onlara gizli məlumatların və açıq-saçıq şəkillərin göndərilməsi olub.

Ər-arvadların 14 faizi qeyd edib ki, partnyorların hesablarına konkret olaraq xəyanətlə bağlı sübutlar axtarmaq məqsədilə baxır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir