Sosial yardim

Sosial yardım almaq üçün ŞƏRTLƏR və SƏNƏDLƏR

Baxış sayı: 1. 321

“Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs, belə şəxs olmadıqda isə qəyyum sosial yardımın alınması üçün müraciət edə bilər”.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili deyir.

resad mehdili

Bəs, ÜDSY almaq üçün necə müraciət etmək lazımdır?

Rəşad Mehdili bildirir ki, bu zaman yaşayış yeri üzrə ailə tərkibi haqqında arayış alınaraq notariusa təmsilçilik ərizəsinin alınması üçün müraciət edilir: “Daha sonra notarius tərəfindən təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs “Elektron hökumət” və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet səhifəsində yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətindən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq “Ünvanlı yardım” (VEMTAS) altsisteminə göndərir.

pul

ÜDSY-nin təyin olunması üçün müraciətlərə hansı müddətə baxılır və bu yardım hansı müddətə təyin olunur?

Onun sözlərinə görə, sosial yardımın alınması üçün müraciətlər əvvəlcə elektron sistem tərəfindən 15 iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya imtina edilməsi barədə müvafiq qərar çıxarılır:

“Əgər elektron sistem tərəfindən ailənin sosial yardım almağa uyğunluğu müəyyən edilərsə, bu halda ailənin ərizə bəyannaməsində göstərdiyi məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən yerində yoxlanılır. Göstərilən məlumatlar təsdiqini taparsa, ailəyə sosial yardım təyin edilir. Ünvanlı dövlət sosial yardımı müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur”.




2 şərh “Sosial yardım almaq üçün ŞƏRTLƏR və SƏNƏDLƏR

  1. Dasqin

    Salam necəsiz bir soz deyim işləyirəm 312 manat maış alıram Mən yoldaşım vı iki azyaşlı övladım birlikdə Ağdam rayonunda yaşayayırıq 1 və 3 yaşlında oğlum var sosial yardım ala bilərəm ya yox xais edirəm məlumat verin.

    Cavabla
  2. Əmrah

    Salam Alleykum menim iki ovladimiz var ozunuzden İssizik komeye ehtiyacımız var teze iki ovladimiz olub

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir