geyim

Soyuq havalarda beretlərdən necə istifadə edilməlidir?

Baxış sayı: 1. 059

Qalın və yumşaq papaqlar soyuq havalarda hər bir dəbli xanımın sevimli aksessuarıdır, lakin beretlər olmadan heç bir qarderobu tam hesab etmək olmaz. Klassik beretlər sizə qayğısız fransız qadını imici yaratmağa kömək edəcək.

Hələ qədim zamanlardan mövcud olan beretlər, daha çox hərbi geyimlərdə, kişilər tərəfindən istifadə olunurdu. Zaman keçdikcə bu aksessuarlar qadınların qarderobuna da yol tapmağa başladı.

Bir müddət beretlərə maraq azalsa da, sonuncu baş tutan Paris Moda Həftəsindən sonra onlar yenidən diqqət cəlb etməyə başladı. Parisdə yaranan heç bir şey Parisdə qalmadığı üçün bu trend demək olar ki, bütün dünyada yayılmağa başladı.

Sadəliyi sevən xanımlar hər bir geyimlə asanlıqla uyğunlaşan qara klassik beretlərə üstünlük versələr də, fərqliliyini önə çıxarmaq istəyən dəbsevərlər daha çox əlvan rəngli beretlərdən istifadə edirlər. Beretləri zərif ziyafət libaslarından tutmuş, gündəlik geyimlərə qədər hər şeylə asanlıqla istifadə etmək olar

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir