sorba

Soyuq havaların can dərmanı: qış şorbası – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 330

Qış fəslinin gəlməsi və havaların soyuması mətbəxlərdə daha çox şorbaların bişirilməsinə təkan verir. Çünki şorbaların tərkibi adətən vitamin və minerallarla bol olur ki, bu da xəstəliklərdən qorunmağa və immunitetin güclənməsinə kömək edir. “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında sizə faydalı və damaq dadınızı ləzzətləndirəcək qış şorbası reseptini təqdim edirik.

 

Ərzaqlar:

1 ovuc bulqur

1 ovuc mərci

1 ədəd kartof

1 ədəd soğan

1 ədəd kök

1 çay qaşığı istiot

1 çay qaşığı sarıkök

2 xörək qaşığı zeytun yağı

1 ədəd qırmızı bibər

 

Hazırlanması:

Qış şorbasının hazırlanması olduqca sadədir. Burada tək diqqət ediləcək məqam odur ki, bir neçə ərzağın bir yerdə yaxşıca bişirilməsidir. Yuyulub təmizlənmiş kartofu, kökü, mərci və bulquru bir qazanın içərisinə qoyun. Üzərini keçəcək miqdarda su əlavə edin və ocağa qoyun. Qazanın içərisindəki ərzaqlar yumşaldıqda ocaqdan götürün. Sonra mətbəx robotu ilə əzin. Ayrı bir tavanın içərisinə bol zeytun yağı tökün və xırda doğranmış soğanları əlavə edin. Soğanları qovurduqdan sonra içinə istiot, sarıkök və doğranmış qırmızı bibəri əlavə edib yaxşıca qarışdırın və şorbaya əlavə edin. Üzərinə cəfəri doğrayıb servis edə bilərsiniz.

 

Məsudə Sultan

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir