sorba

Soyuq havaların yeməyi: Limonlu toyuq şorbası

Baxış sayı: 1. 395

Havaların soyuması ilə əlaqədar isti şorbaların yeyilməsi daha məsləhətlidir. “Gencaile.az”-ın “Yeməyə nə var?” rubrikası sizə faydalı toyuq şorbasının reseptini verir.

 

Lazım olanlar:

1 toyuq

1 ovuc nazik vermişel

1 yumurta sarısı

Yarım limon

İstiot

Duz

 

Hazırlanması:

Əvvəlcə toyuğu dərin bir qazana qoyub üzərinə su əlavə edərək bişirin. Daha sonra toyuğu həmin sudan çıxararaq, içinə nazik vermeşil əlavə edərək bir az da qaynadın.

Həmçinin bişmiş toyuğun əti sümükdən ayrılaraq, tikələrə doğranıb şorbaya tökülür. Son olaraq yumurta sarısını ayrıca qabda limon suyu ilə qarışdırın, oraya bir qaşıq da toyuq şorbası əlavə edin. Diqqət etmək lazımdır ki, həmin şorba suyu ilıq olsun. Sonra həmin qarışımı qazanın içərisinə yavaşca əlavə edib qarışdırın. 2 dəqiqə daha qaynadıb, ocağın altını söndürün. Sonda zövqə görə duz və istiot əlavə edin.

 

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir