seks

Soyuq qış gecələrində cinsi həyatınızı belə rəngləndirin

Baxış sayı: 2. 013

Soyuq havalar seks həyatımıza da təsir edir. Aparılan araşdırmalar isə göstərir ki, kişilərdə sperm sayı qışda daha çoxdur. Yəni qışda hamilə qalmaq ehtimalınız daha yüksəkdir. Seks mütəxəssisi və yazarı Charley Ferrerin fikrincə qış duyğusal yaxınlıq qurmaq üçün ideal zamandır. Bəs necə?

Qışda daha ehtiraslı seks həyatına sahib olmaq üçün sizə bəzi məsləhətlərimiz var:

 

Tamamilə soyunmayın

Soyuq qış gecələrində pijamalarınızı geyinib yatağa girdikdən sonra soyunmaq sizin üçün xoş olmaya bilər. Soyunmaq sizin üçün çətindirsə tamamilə soyunmayın. Soyunmadan sevişmək əslində çox ehtiraslıdır. Həmçinin geyimlərinizi çıxarmağı seks oyununa çevirə bilərsiniz. Bir-birinizin geyimlərini yavaş – yavaş çıxarıb həm üşümə dərdindən də azad ola bilərsiniz, həm də erotik ortam yaratmış olarsınız.

 

Hamam otağını seçin

Əgər hamam otağında vannanız varsa, qışda sevişmək üçün vanna ideal seçimdir. Vannanı isti su və sevimli duş geli ilə doldurun. Partnyorunuzu yatmamışdan öncə rahatlaması üçün vanna otağına çağırın. Beləcə həm soyuq havanın təsirindən azad olacaqsınız, həm də seks həyatını rəngləndirmiş olacaqsınız. Yataq otağından kənarda sevişmək bir çox kişinin arzuları arasındadır.

 

Düzgün pozanı tapın

Soyuq havalarda sevişmək istəməməyinizin səbəblərindən biri də düzgün pozanı tapa bilməməyiniz ola bilər. Missioner kimi poza əvəzinə daha çox enerji sərf edəcəyiniz pozanı seçə bilərsiniz. Nə qədər çox enerji sərf etsəniz o qədər çox isinərsiniz. Məsələn “qaşıq” pozası sizin üçün ideal seçim ola bilər.

 

Masaj edin

Heç bir şey qoxulu yağlarla edilən masaj qədər sizi seksə hazırlamaz. Bir çoxlarımız üçün masaj ön sevişmə sayılır. Siz ona masaj etdikdən sonra özünüz üçün də masaj tələb edə bilərsiniz. Bu partnyorunuzu ehtiraslandıracaq.

 

Afrodizyaklardan kömək alın

Qış aylarında özünüzü halsız hiss etməyiniz normal haldır. Ancaq bu hal seks həyatınıza da təsir edirsə cinsi istəyi artıran qidalar sizin köməyinizə çata bilər. Ədviyyatlı yeməklər və isti şokolad həm sizi isidəcək, həm də cinsi istəyinizi artıracaq.

 

Səhər seksi

Soyuq havalarda səhərlər yataqdan qalxmaq işgəncə ola bilər. Ancaq mükəmməl səhər seksi ilə bunu daha əyləncəli edə bilərsiniz. Beləcə yataqdan çıxmamışdan öncə həm isinmiş olacaqsınız, həm də xoş bir gün keçirəcəksiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir