qrip

Soyuqdəymə zamanı BUNLARI İÇMƏYİN

Baxış sayı: 909

Soyuqdəymə və qrip zamanı ən vacib məsələlərdən biri də bədənə düzgün şəkildə mayenin qəbul edilməsidir.

Bu, çox vacib məsələdir. Qəbul edilən maye ilıq və bir qədər turş olmalıdır. Şirin içkilər qəbul etmək tövsiyə edilmir. Elm adamları tərəfindən sübut olunub ki, şəkər immun sistemini zəiflədir. Bu isə xəstəlik zamanı xüsusilə ziyanlıdır.

Çay, qəhvə, bir çox ot çayları, spirtli içkilərin qəbulu da yolverilməzdir. Onlar sidikqovucu təsirə malikdir və susuzlaşmanı daha da artırır.

Limon və ya portağal suyu əlavə olunmuş adi su, mineral sular, itburnu dəmləməsi, balla zəncəfil çayı, zoğal və ya moruq mürəbbəsi əlavə olunmuş ilıq su isə soyuqdəymə zamanı qəbul edilməsi məsləhət görülən əsas təbii vasitələrdəndir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir