xestelik

Soyuqdəymənin müalicəsindəki səhvlər

Baxış sayı: 742

Valideynlər uşaqlarını soyuqdəymədən müalicə edərkən tez-tez səhvlər edirlər. Bu, adətən nənələrdən insanlara ötürülən köhnə vərdişlər səbəbindən baş verir. Bunu rusiyalı tanınmış həkim Yevgeni Komarovski deyir.

Onun sözlərinə görə, çox vaxt valideynlər uşağın diaqnozunu belə bilmirlər, halbuki həkim artıq onlar üçün müalicə təyin edib. Mütəxəssis valideynlərin ilk növbədə xəstəliyin səbəbi ilə maraqlanmasını tövsiyə edirlər.

Komarovski bilmədən uşağa dərman verən valideynləri də tənqid edir. Onun sözlərinə görə, təbii interferon istehsalındakı pik hədd xəstəliyin üçüncü və ya dördüncü günündə baş verir. Bundan sonra anticismlər istehsal olunur. Yeddinci gündə isə xəstə sağalır.

Komarovski valideynləri övladlarını yaxşı yedizdirməyə və geyindirməyə çağırır.

“Burun boşluğu yumaq, isti geyindirmək, uşağın normal nəmliyi olan təmiz sərin hava ilə nəfəs almasına çalışmaq lazımdır. Bu zaman orqanizm özü xəstəliklə başa çıxacaq”, – deyə o, vurğulayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir