bal-limon

Soyuqdəyməyə türkəçarə üsulla necə qalib gəlmək olar?

Baxış sayı: 1. 406

Soyuqdəymə və qripə qarşı bir çox dərmanlardan istifadə etsək də, tez nəticə vermir. Qriplə bağlı hətta belə bir zarafat da var: “Qrip müalicə olunduğu halda 7 günə, olunmadığı halda 1 həftəyə keçir”.

Lakin ev şəraitində xalq təbabətindən yararlanaraq xəstəliyi yüngülləşdirmək olar. Beləliklə, biz də türkəçarədən yararlanaq:

* Öskürəkdən xilas olmaq üçün bir ağ turpu götürüb kötük hissəsini qapaq kimi kəsib qapağı kənara qoyuruq. Sonra turpun içini ovub ora bir və ya iki çay qaşığı, tutduğu qədər təbii bal əlavə edirik və turpun qapağını bağlayıb təbii dərmanı qaranlıq yerdə saxlayırıq. Ertəsi gün baxdıqda, turpun içində suyun yığıldığını görəcəyik. Həmin suyu gündə 3 dəfə olmaqla çay qaşığı ilə içmək lazımdır.

* Başqa bir reseptə əsasən 1 soğan, 1 limon (şirəsi), 2 xörək qaşığı bal, 2 stəkan su lazımdır. Soğanı kiçik hissələrə bölün və üzərinə qaynar su əlavə edin. 15 dəqiqə qaynadın və 10 dəqiqə soyumağa buraxın. Yaxşıca qarışdırın və bal əlavə edin (limon şirəsini əlavə etmək olar).

* Qədim zamanlardan xalq təbabətində dəfnə yarpağının dəmlənməsindən müxtəlif xəstəliklərdən müalicə üçün istifadə olunur. Soyuqdəymənin müalicəsi üçün dəmləməni hazırlamaq üçün 5-6 dəfnə yarpağını 1 stəkan qaynar suda dəmləyin, 30 dəqiqədən sonra süzün və 1/2 çay qaşığı bal əlavə edib gün ərzində 3 dəfə stəkanın 1/3 olmaqla ilıq şəkildə qəbul edin.

Dəfnə yarpağının dəmlənməsi yuxarı tənəffüs yollarının iltihabları, sinusitlər (haymorit, frontit) zamanı inhalyasiya üçün də istifadə olunur. Bunun üçün dəfnə yarpağı dəmlənir (10 quru yarpaq + 1 stəkan qaynar su), enli qaba tökülür və xəstə bu qabın üzərində nəfəs alır. Prosedur bir neçə dəfə təkrar olunmalıdır.

* Qızdırmanı belə, təbii yollarla salmaq olar. Belə ki, sirkə ilə massaj, əllərin, ayaqların ovulması yaxşı nəticə verir. Eləcə də, bədənin nəm əsgi ilə silinməsi, şah damar olan yerlərə 15-20 dəqiqəlik buzun qoyulması qızdırmanın düşməsinə kömək edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir