icki

Spirtli içkilərin zərərləri

Baxış sayı: 1. 258

Alkoqol istifadəsində təhlükəsiz miqdar yoxdur. Araşdırmalar nəticəsində spirtli içkilərin sağlamlığa zərər vermədən istifadəsini təmin edəcək bir ölçünün olmadığı ortaya çıxıb.

195 ölkədə aparılan “Xəstəliklərin Dünyəvi Yükü” adlı araşdırmada xəstəliklərlə alkoqol istifadəsi arasındakı bağ müəyyənləşdirilib. Heç spirtli içki içməmiş insanlarla alkoqoldan çox istifadə edən insanlar müqayisə edilib və məlum olub ki, xərçəng, orqan çatışmazlığı və alkoqola bağlı olan digər xəstəliklərin ikincilərdə meydana çıxma ehtimalı daha yüksəkdir.

BBC-də yayımlanan xəbərə görə, 15-95 yaşları arasında olan insanların 1990-2016-cı illərdəki sağlamlıq məlumatlarını yoxlayan tədqiqatçılar müəyyən ediblər ki, heç içki içməyən hər yüz min insandan 914-də xərçəng və digər xəstəliklərə rast gəlinir.

Hər gün bir qədəh içki içən insanlarda bu rəqəm dörd nəfər artaraq, 918 olub. Hər gün iki qədəh içənlərdə 63, beş qədəh içənlərdə isə bu rəqəm 338 nəfər artıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir