mavi lampa

SSRİ-nin əfsanəsi olan MAVİ LAMPA xəstələri necə müalicə edirdi?

Baxış sayı: 1. 325

Ötən əsrdə Sovet hakimiyyətinin ən güclü olduğu illərdə az qala hər ailədə, evdə göy lampa var idi. Bu “möcüzəvi lampa” payız-qış aylarında soyuqdəymə zamanı köməyə çatırdı. Əsr dəyişib, sovet illərdinə yaşamış şəxslər bu lampanı unudur, müasir nəsillər isə göy lampadan xəbərsizdir. Amma Moskvada bu lampalar hələ də satışda var.

 

Bu lampanın əfsanəvi gücü, faydası nə idi?

Qısa tarixi:

İşıq və rənglə terapiya – fototerapiya tibbə XIX əsrdən məlumdur. Onu hərbi cərrah Anatoli Minin icad edib. Minin göy lampadan nevrologiyada, əzələ oynaq ağrılarında, cərrahi xəstəliklərdə, vərəmdə istifadə edirdi. “Minin lampası” adlandırılan bu lampalar 9-10 rubla satılırdı. Bu günə kimi göy lampaların istehsalı ilə Kalaşnikov zavodu məşğul olur. Hazırda göy lampanın Rusiyada qiyməti 1500 rubldur. “Ebay”da isə “blue lamp” adı ilə 30 avroya satılır.

 

Nədə istifadə olunur?

Əsas hədəfi dermanın qatlarını yarıb, toxumaları 1-2 dərəcə isidir. Bununla da periferik qan dövranı aktivləşir, maddələr mübadiləsi yaxşılaşır, dəri hüceyrələri və leykositlərin miqrasiyası aktivləşir, iltihaba səbəb olan bioaktiv maddələr toxumalardan atılır. Kollagen və elastinin təbii sintezi artır. Hətta göy lampa angiogenezə – yəni yeni qan damarlarının yaranmasına da səbəb olur ki, bu da zədəli qan damarlarını əvəz edir. Göy lampanı – nevrolgiya, soyuqdəymə, irinli olmayan dəri xəstəlikləri, yanıqlarda, əl-ayaq soyumalarında, əzilmələrdə, miozitdə, kosmetoloji problemlərdə təyin edirdilər. Göy işıq həm də ağrıkəsici təsir edir.

Göy lampanın işığını gözlərə yönləndirmək olmaz. Uzun müddət istifadə etdikdə, dəridə piqmentasiya və səpkilər yarada bilər.

Minin reflektoru – göy lampa dəridən 30-50 sm məsafədə tutulmalıdır. Gözlər bağlı olmalıdır. Kontakt linza taxan adam linzanı çıxarmalıdır. Bir seans 20 dəqiqə çəkir. Bir kurs 15-20 prosedurdur. 5 yaşından sonra uşaqlara da tətbiq oluna bilər. Bu zaman lampa 60 sm dəridən aralı tutulmalıdır.

Похожее изображение

Kimlərə qadağandır?

-39-40 dərəcə qızdırması olanlara

-Onkoloji xəstələrə

-Haymorit, irinli anginası olanlara

-Trombozda

-Böyrək və öd daşlarında. Həmin nahiyəni isitmək olmaz

-Ağır formalı diabetlərə

-Hamilə qadınlara.

 

QEYD: Online sifariş edərək, evdə istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir