Stalin-Joseph-1930

Stalin haqqında 29 qəribə FAKT

Baxış sayı: 1. 805

1. Adətən Stalin gündə 300 səhifə bədii kitab oxuyurdu. O, həmişə mütaliə və özünü tədrislə məşğul olub. Məsələn, 1931-ci ildə Qafqazda müalicə alarkən Nadejda Aliluevaya yazdığı məktubda səhhəti barədə məlumat verməyi unudub, ondan elektrotexnika və qara metallurgiya barədə dərslik göndərməsini xahiş edib.

2. Stalinin savadını qiymətləndirmək üçün onun oxuduğu və öyrəndiyi kitabların sayına baxmaq kifayətdir. Əlbəttə ki, kitabların dəqiq sayını müəyyənləşdirmək mümkün deyil. O kitab kolleksioneri deyildi- onları yığmırdı. Onun kitabxanasında yalnız gələcəkdə istifadə edəcəyini düşündüyü kitablar qalırdı. Kreml mənzilindəki kitabxanada bir neçə min cild kitab sayılıb. Lakin 1941-ci ildə kitabxana köçürülüb. Ona görə də əslində kitabxanada neçə min kitab olduğu dəqiq bilinmir. Sonralar kitabxana bərpa edilməyib. Sonralar onun kitabları adətən bağ evlərinə səpələnmişdi. Blijni bağ evində təxminən 20 min cild kitab toplanıb.

3. Onun təhsilinin diapazonunu aşağıdakı məlumatlara əsasən də müəyyənləşdirmək olar: ölümündən sonra Blijni bağ evindəki kitablar Markisizm-leninizm İnstitutuna verilib. Düz 5.5 min kitab! Lüğətlərdən və coğrafiyaya aid kitablardan başqa, siyahıda qədim və müasir tarixçilərin əsərləri də olub. Məsələn, Herodot, Ksenofot, P.Vinoqradov, R.Vinner, İ.Velyaminov, D.İlovayskov, K.A.İvanov, Herero, N.Karayev, “Rusiya Dövlət tarixi” kitabının 12 cildi və “Rusiya qədim dünya tarixi” kitabının altı cildliyi. Siyahıda həmçinin “Rusiya ordusu və donanması tarixi” kitabının beş cildi, “Knyaz Bismarkın memuarları” kimi digər kitablar da olub.

4. Bu günki kriteriyalarla baxanda Stalin hələ 1920-ci ildə fəlsəfə doktoru olub. Onun iqtisadiyyatda da parlaq uğurları var ki, bu gün çox da araşdırılmayıb.

5. Stalinin şəxsi arxivi ölümündən sonra məhv edilib.

6. Stalin həmişə zamanı bir neçə on illik qabaqlayaraq çalışırdı. Onun rəhbər kimi üstünlüyü ondadır ki, qarşısına olduqca uzaq məqsədlər qoyurdu. Bəzilərinin həlli heç bu gün də tapılmayıb.

7. Stalinə qədər ölkə ağır vəziyyətdə idi, lakin qısa müddətdə irəli addımladı. Bu isə o deməkdir ki, həmin dövrdə ölkədə çoxlu ağıllı adamlar olub. Bu həqiqətən belədir. Stalin SSR vətəndaşının ağlına önəm verirdi. O ağıllı adam idi və axmaqların arasında olmağı xoşlamırdı. Çalışırdı ki, bütün ölkə ağıllı olsun.

8. Stalin araqla deyil, insanların boş vaxtı ilə mübarizə aparırdı. Həvəskar idman növü olduqca məşhur idi. Hər bir müəssisənin idman komandası vardı.

9. Stalin yalnız “Çinandali” və “Teliani” çaxırlarına üstünlük verirdi. Bəzən konyak da içirdi, amma araqla maraqlanmırdı. 1930-1953-cü illərdə cangüdən onu yalnız iki dəfə sərxoş görüb: S.M.Ştemenkonun ad günündə və A.A.Jdanovun xatirə gecəsində.

10. SSR-nin bütün şəhərlərində Stalin dövründən parklar qalıb. Onlar əvvəlcə insanların kütləvi istirahəti üçün nəzərdə tutulmuşdu. Onlarda mütləq oxu və oyun zalları, pivəxana, dondurmaxana, rəqs meydançaları və yay teatrları olmalı idi.

10. Stalinin dövründə insanlar azad şəkildə məişətin bütün əsas məsələləri barədə müzakirə aparırdılar: müzakirələr əsasən iqtisadiyyat, ümumi həyat və elm barədə olurdu. Eynşteynin nisbilik nəzəriyyəsi, kibernetika, kolxozların qurulması barədə tənqidlər olurdu.

11. Əgər Stalinin planı saxlanılsa və mükəmmələşdirilsəydi, ilk növbədə xalqın həyat səviyyəsinin yaxşılaşdırılması dayansaydı, Rusiya hələ 1970-ci illərdə ən yüksək həyat səviyyəsinin olduğu ölkələr siyahısında üçüncü yerdə olardı.

12. Stalinin və ətrafındakı insanların hazırladıqları iqtisadi plan o qədər güclü idi ki, nə Brejnev, nə də Xruşşov onu həyata keçirə bilməzdi.

13. SSR hakimiyyətinin yuxarı vəzifələrində olduğu ilk on ildə Stalin üç dəfə istefa ərizəsi yazıb.

14. Stalin Leninə bənzəyirdi, amma onun fanatizmi Marks kimi deyildi. O xalqına xidmət edərkən fanatik idi.

15. İdeya mübarizəsində trotskiçilərin Stalinə qarşı heç bir şansları olmayıb. Stalin 1927-ci ildə Trotskiyə təklif edr ki, ümumpartiya müzakirəsi açılsın. Ümumpartiya referendumuna görə 854 min partiya üzvündən 730 mini səs verir. Onlardan 724 mini Stalini, 6 mini Trotskini dəstəkləyir.

16. Bolşeviklər partiyasında millətçilik məsələsində Stalin əsl avtoritet olub.

17. İsrail dövlətinin yaranmasında Stalinin də rolu olub.

18. Stalin İsraillə diplomatik münasibətləri ona görə pozur ki, SSRİ və İsrail arasındakı ərazidə qumbara partlayır və bir neçə missiya əməkdaşı yaralnır. İsrail höküməti həmin an üzr istəsə də, Stalin SSRİ-si belə şeyləri bağışlamır.

19. Diplomatik münasibətlərin korlanmasına baxmayaraq, Stalinin öldüyü gün İsraildə milli matəm günü elan edilmişdi.

20. 1927-ci ildə Stalin yeni qanun qoyur ki, siyasi büro işçilərinin evləri 3-4 otaqdan çox olmamalıdır.

21. Stalin işçilərinə və cangüdənlərinə qarşı çox yaxşı idi. Onları tez-tez stola dəvət edirdi. Bir dəfə görəndə ki, qarovulçu yağışın altında islanır, o dəqiqə tələb edib ki, posta “göbələk” qoyulsun. Lakin hər kəsin işi iş idi. Stalin heç bir məsuliyyətsizliyə dözə bilmirdi.

22. Stalin özünə qarşı da olduqca ciddi idi. Əynində artıq heç nə olmazdı.

23. Müharibə vaxtı Stalin də hamı kimi övladlarını əsgərliyə göndərib.

24. Krusk döyüşündə Stalin çıxılmaz vəziyyətdən çıxış yolu tapıb. Belə ki, almanlar “Tiqr” və “Pantera” adlanan “texniki yenilik olan” tanklardan istifadə etməyə qərar verirlər. Sovet artilleriyası bu tanklara qarşı gücsüz olur. Stalin belə bir tapşırıq verir: 15 maya qədər, yollar quruyanda, 800 min bomba hazırlanmalıdır. Sovetin bütün zavodları sifarişi yerinə yetirməyə başlayır. Nəticədə almanlar Kursk döyüşündə məğlub edilirlər.

25. Müharibədən sonra Stalin siyasi büronun rolunu yavaş-yavaş azaldıb. XIX qurultayda isə artıq Siyasi büro yeni nizamnamə ilə çıxış edirdi.

26. Stalin deyirdi ki, partiyanı 50 min qılıncgəzdirənin ordeni kimi görür.

27. Stalin ümumiyyətlə istəyirdi ki, partiyanı hakimiyyətdən kənarlaşdırsın. Partiyaya yalnız iki iş tapşırmaq istəyirdi: aqitasiya və təbliğat.

28. “Kadrlar hər şeyi həll edirlər” məşhur ifadəsini Stalin 1935-ci ildə hərbi akademiyanın buraxılışındakı çıxışında deyib.

“Bizdə rəhbərlərin və döyüşçülərin uğurları barədə çox danışırlar. Bizim bütün uğurlarımızı onların ayağına yazırlar. Əlbəttə ki, bu düzgün deyil. Məsələ yalnız rəhbərlərdə deyil… Texnikanı işə salmaq və istifadə etmək üçün həmin texnikadan istifadə etməyi bacaran insanlar lazımdır. Ona görə də köhnə “texnika hər şeyi həll edir” ifadəsi ” kadrlar hər şeyi həll edir” ifadəsi ilə əvəz olunmalıdır”.

29. 1943-cü ildə Stalin demişdi: “Mən bilirəm ki, ölümümdən sonra mənim məzarıma çoxlu zibil atacaqlar, amma tarixin küləyi amansızcasına onları dağıdacaq!”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir