moda

Stil sahibi olmaq üçün 5 qayda

Baxış sayı: 234

Özünüzə yaraşan rəngləri seçin
Hər kəsə yaraşan rənglər var və bu rənglər adamdan-adama fərqlilik göstərir. Məsələn,qaraşınların göz və saç rəngi də tünd olduğu üçün tünd rənglərə üstünlük verməkləri daha uyğundur. Zoğalı və qəhvəyi tonları açıq rənglərlə kombinləyə bilərlər. Daha ağ dəriyə sahibsinizsə, pastel tonları tünd rənglərlə kombinləyin.

Geyimlərinizlə qüsurlarınızı örtün
Modanı yaxından təqib etmək sizi yalnız modanı təqib edən biri edər, tərz sahibi olmağınızı deyil! Stil sahibi ola bilmək üçün özünüzə yaraşanı tapmalısınız. Bədən formanıza uyğun olan geyimlərə üstünlük verməlisiniz. Dəbdə olan geyimlər sizi gözəl göstərmirsə, dəbli görünmək üçün həmin geyimləri qarderobunuza əlavə etməyiniz məsləhət deyildir.

Üzünüzə və bədəninizə uyğun makiyaj edin
Əsmərsinizsə zoğalı və qəhvə rəngi, ağbənizsəniz şaftalı və çəhrayı tonları seçim edin. Gözləriniz iridirsə yüngül, kiçiksə daha iri göstərəcək şəkildə göz makiyajı edin. Dodaqlarınız incədirsə dolğun göstərmək üçün dodaq qələmiylə doldurduqdan sonra dodaq boyası çəkin. Kirpiklər bir qadının ən əhəmiyyətli silahlarıdır, onları tuşla diqqətə çarpan hala gətirin.

Üz və baş quruluşunuza yaraşacaq bir saç modeli tapın
Məsələn üzünüz yumrudursa çənə hissədən etibarən qatlı, ortadan ayrılmış saçlar sizə daha uyğundur. Üçbucaq üzlərdə çənə diqqəti çəkdiyi üçün eyni xəttdə qatlar görünüşü bir az yumşaldır.

Saçınızı bədəninizə uyğun rəngə boyamaq
Qarayanızsanız sarışın olmağa çalışmaq yerinə mis kölgələr etdirməyi seçim edin. Dəriniz çox ağdırsa tünd rənglər sizə yaraşacaq ancaq üzünüzü bir az rəngləndirmək lazım olduğunu unutmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir