alis-veris

Stilinizə rəng qatacaq 6 element

Baxış sayı: 170

Həmişə eyni üslubda geyinməkdən yoruldunuzsa, bəzi dəyişikliklərlə üslubunuza rəng qata bilərsiniz.

“Gencaile.az” Türkiyə mətbuatına istinadən geyiminizə rəng qatacaq 6 elementi təqdim edir:

 

1) Aksesuar

Geyiminizə dəyişiklik qatacaq ən önəmli element aksesuardır. Aksesuar libası tamami ilə dəyişə bilir. Məsələn, böyük sırğalarla və şux bir boyunbağı ilə olduqca cazibədar görünmək olar.

 

2) Bir çox rəngi birlikdə istifadə etmək:

Hər zaman istifadə etdiyiniz rəngləri daha fərqli rənglərlə dəyişərək yeni tərz yarada bilərsiniz. Məsələn, qara şalvarınızı boz kofta ilə deyil, daha canlı və rəngarəng köynəklərlə əvəz edə bilərsiniz.

 

3)  Ötən illərdən qalan paltarlar:

Son zamanlar moda dünyasında keçmişin stilləri geri dönür. Siz də tərzinizə yenilik qatmaq üçün bu üsuldan istifadə edə bilərsiniz. Bunun üçün qələm ətəyinizi sadə bir köynəklə və ya toxunma jaketi cins şalvarla kombinə edərək öz stilinizi yaradın.

 

4) Borc götürmək:

Şkafınızı tamamilə yeniləmək sizə çox baha başa gələ bilər. Buna görə, gündəlik tərzinizdə fərq yaratmaq üçün dostlarınıza müraciət edib müvəqqəti geyim ala bilərsiz.

 

5) İkinci əl mağazalar:

Paltarları borc almaqdan narahat olsanız, ikinci əl mağazalara müraciət etmək daha uyğun olar. Ucuz qiymətə satılan ikinci əl geyimləri sözügedən mağazalardan əldə etmək mümkündür.

 

6) Üslubunuzu sadələşdirin:

Üslubunuz çox qarışıqdırsa, daha sadə geyimlərə üstünlük verin. Keta, cins şalvar və sadə köynək ilə daha gözəl görünmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir