dis hekimi

Stomatoloqdan koronovirusla bağlı tövsiyə: bunları etmək olmaz!

Baxış sayı: 755

 Dünyanı cənginə alan COVİD-19 bu gün digər xəstəlikləri “sağaldıb”, yəni onun kölgəsində qalıb. Heç kim başqa xəstəliklərindən həkimə müraciət etmir. Elə bil hər kəs həkimlərin vaxtını başqa xəstəliklərə görə almaq istəmir ki, ümumi bəlanı dəf etməkdə bu cür yardımçı olsunlar.Bəs, stomatoloqların işi nə yerdədir, onlara müraciət edən olurmu, yoxsa insan diş ağrısına da tab gətirməyə başlayıb? – deyə

Diş həkiminə getməyi bu günlərdə mümkün olduğu qədər təxirə salmağı məsləhət görən cərrah-implantoloq Vüqar Qurbanov bu və digər məqamlara aydınlıq gətirdi:

“İnsanların üzərinə düşən əsas vəzifə Ümumdünya Səhiyyə Təşkilatının verdiyi bütün tövsiyələrə, qaydalara riayət etməkdir. İndiki çətin dövrdə sadəcə təcili əməliyyatlar və müalicələr icra olunduğu kimi diş həkimi də eyni prinsiplə hərəkət etməlidir. İnsanlara sadəcə kəskin diş ağrısı, diş iltihablarında təcili müdaxilə tələb olunan zaman diş həkiminə getmələri tövsiyə olunur. Diş plomblanması daxil, bütün estetik prosedurlar, planlı işlər bir müddətlik təxirə salınmalıdır. Bu cür insanlar özləri anlamalıdırlar ki, təcili durum olmadığı halda evdən çıxmaları həm özləri, həm yaxınları, həm də həkim və tibb heyəti üçün təhlükəlidir”.

Vüqar Qurbanov Koronavirus və COVİD – 19-un insan və ya heyvanlar arasında yayıldığı sübut edilmiş patogen xüsusiyyətləri olan geniş viruslar ailəsinə daxil olduğunu deyir:

“Tibbə bu virus çoxdan məlum idi. Bilirik ki, bir sıra koronaviruslar insanlarda adi soyuqdəymədən tutmuş daha ciddi xəstəliklərə qədər, məsələn Yaxın Şərq Tənəffüs Sindromu (MERS) və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) kimi respirator infeksiyalara səbəb ola bilər. Hazırda aşkar edilmiş yeni mutasiyaya uğramış tip- koronavirusların sonuncusu COVID-19 xəstəliyinə səbəb olur. Təssüf ki, keçən ilin dekabr ayında Çinin Vuhan şəhərində başlayan bu infeksiya 2020 ilində pandemiya şəklində bütün qitələri əhatə etməyə başladı. Çox deyilib, amma mən də bir daha vurğulayıram ki, COVID-19 virusunun əsas əlamətləri qızdırma, halsızlıq və quru öskürək hesab olunur. Bunlarla yanaşı: burun tutulması, burun axması, faringit və ya ishal ola bilər. Qeyd olunan əlamətlər bütün üst tənəffüs yolları infeksiyon xəstəliklərində rastlanır. Bəzi şəxslərdə heç bir əlamətlər və ya özünü pis hiss etmə halı müşahidə olunmaya da bilər. Bu xəstəliyi arterial hipertenziya, ürək və ya diabet kimi xəstəliyi olan yaşlı xəstələr daha ağır formada keçirə bilər. Xoşagəlməyən və morbilitəyə səbəb olan əsas simptomu isə kəskin tənəffüs çatışmazlığıdır”.

 

Stomatoloq həmkarlarına da müraciət ünvanlayıb bildirdi ki, stomatoloqlar da vətəndaşlıq borclarını anlamalı, insanların evdə qalması üçün maksimum tələblərə riayyət etməlidirlər. Dedi ki, həkim olaraq onların əsas vəzifələri xəstəyə yardım etməkdir ki, bu zaman indiki dövrdə qəbul etdikləri bütün xəstələrə potensial COVİD 19 virus daşıyıcısı kimi yanaşmalıdırlar:

“Diş həkimləri də xəstəliyin qarşısını almaq üçün insanlar arasında aktiv maarifləndirmə işləri aparmalı, insanlara lazımi, doğru informasiyaları verməlidirlər. Qəbul etdikləri xəsətələr arasında xəstəliyin simptomlarını aşkarladıqda lazımi orqanlara məlumat verməlidirlər. Tibbdə belə bir kəlam var. “Primum Non Noncere”- Öncə Zərər Vermə. Bütün məsləkdaşlarım bu qaydaya riayyət etməlidirlər. Özlərini qorumaqla yanaşı, xəstələrinin də sağlığını düşünməlidirlər. Bütün profilaktik tədbirlərə riayyət olunmalıdır. Bu dönəmdə sadəcə təcili əməliyyata ehtiyacı olan xəsətələri qəbul etməlidirlər. Klinikaya ancaq kəskin diş ağrısı ilə müraciət edən xəstələr qəbul olunmalıdır. Həkimlər mütləq şəkildə ÜST-nin təklif etdiyi maskalardan isitifadə etməli, xəstə qəbulundan əvvəl və sonra səthlər xüsusi dezinfeksiyaedici məhlullarla təmizlənməli əllərin yuyulmasına xüsusi önəm verməlidirlər. Müalicələrdən əvvəl xəsətələrə xüsusi ağız yaxalayıcı vasitələr verilməlidir. Xəstə təmasları azaltmaq üçün randevülər arasında məsafəni uzatmaq tövsiyyə olunur. Xəstələrin müalicəyə gələn zaman ictimai nəqliyyatlardan istifadə olunmaması tövsiyyə olunur. Təkrar qeyd etmək istərdim- xəstəliyin əsas yayılma yolu damcı yoludur (tüpürcək) ki, burada da diş həkimləri çarpaz infeksiyanın yayılmasına səbəb ola bilərlər. Klinikalara müraciət edən bütün xəsətələrin öncə temperaturları ölçülməli, detallı geniş anamnez alınmalıdır. Son 14 gündə öskürəyi, temperaturu olan xəsətələri, xarici ölkədən gələn xəstələri (və ya təmasda olmuş) qəbul etmədən öncə xəstəni müvafiq test üçün yönləndirməlidirlər. Planlı oluna biləcək bütün əməliyyatlar bir dönəmlik təxirə salınmalıdır. Bir məsələni də qeyd etmək istərdim ki, istər hazırda çalışdığım klinikamızda istərsə də, fəaliyyət göstərən bir çox klinikalarda yuxarıda qeyd etdiyim gigiyenik qaydalara bu virus gəlməmişdən əvvəl də tam riayyət olunurdu. Xəstələrimizin sağlığı bizim üçün həmişə ön planda olan məsələ olub. Çünki risk qrupları içərisində ən öndə gedən qrup diş həkimləri olduğu üçün özümüz və yaxınlarımızın sağlığını da həmişə düşünmüşük”.

Sonda Vüqar Qurbanov həmkarlarına minnətdarlığını bildirdi:

“Bu gün ölkənin qəhrəmanları olan bütün tibb işçilərinə – həkimlərdən tutmuş kiçik işçilərə qədər hər kəsə sözün əsl mənasında böyük alqış və təşəkkür düşür! İşin belə uğurlu təşkilində rolu olan İTSA və TƏBİB əməkdaşlarının gördüyü işlər, zəhmətləri təkcə dövlətimiz tərəfindən deyil, ümumilikdə cəmiyyətimiz tərəfindən də müsbət qiymətləndirilməlidir. İndiki durumumuz hələ ki, əksər aparıcı dünya ölkələrinə baxanda ürəkaçandır. Yenə də gec deyil və bu gündən sonra belə xəstəliklər bağlı rəqəmlərin, faizlərin artmaması üçün hər kəs məsuliyyətli olub ictimai-sosial vəzifələrini bilməli, tövsiyyələrə ciddi şəkildə riayət etməlidir. Bu virusun yaşaması üçün canlıda olması lazımdır. Səthlərdə yaşama müddəti tam qeyd olunmasa belə maksimum zamanı 48 saat göstərilib. Canlıya keçməsi üçün isə kontaminə olması lazımdır. Bunun üçün bütün gigiyenik qaydalara riayət olunmalı, insanlar arasında təmas məsafələri 1 metrdən az olmamalı, ictimai yerlərdə, el dili ilə desək çöldə- bayırda maksimum az gəzməli, yuxarıda qeyd olunan xəstəlik simptomları meydana çıxdıqda dərhal xəstəxanalara getmədən evdən birbaşa təcili yardım çağırılmalıdır. Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər. Məsuliyyət, xüsusən də sosial məsuliyyət hazırda milli təhlükəsizliyimizin qorunmasında bir nömrəli davranışa çevrilib. Ona görə də, yalnız özünüzü deyil, ailəniz, yaxınlarınız, kütləni ümumilikdə xalqımızı düşünün!”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir