idman

Streçinqlə məşğul olmaq üçün 5 səbəb

Baxış sayı: 121

Müasir zamanda hər birimiz müxtəlif idman növləri ilə məşqul oluruq: fitness, aerobika, yoqa, siyahını çox davam etmək olar. Bu gün isə nisbətən az populyar olan stretçinq barədə sizlərə danışmaq istəyirik. Streçinq xüsusi əzələ və ya əzələ qrupunun dartınması üçün müəyyən hərəkətlərdir ki, bədənə elastiklik hissi bəxş edir. Rəqs zamanı, idman fəaliyyətində və ya ümumi fitness hərəkətlərinin təkmilləşməsində əzələlərin böyük rolu var və streçinq onları gücləndirmək məqsədi daşıyır.

Streçinqlə məşqul olmaq üçün sizə 5 səbəb:

Streçinq gərgin olan əzələlərin rahatlanmasında və qan axınının artırılmasında sizə köməkçidir.

Yuxudan əvvəl streçinq hərəkətləri etsəniz dərin və rahat yuxu sizə zəmanətlidir.

Streçinqlə məşqul olan zaman endorfinlərin buraxılması nəticəsində eyforiya hissi yaranır.

Streçinq hərəkətləri zamanı aşağı bel nahiyyəsi, sinə və omuz ağrılardan azad olur və ümumi duruş yaxşılaşdırılır.

Bəzən gün ərzində oyaq qalmaq çətin olur, bunun üçün streçinq hərəkətləri etməklə daha da enerjili özümüzü hiss edirik.

Bu hərəkəti masa arxasında durmadan edə bilərsiz: omuzlarınızı sıxın və dərin nəfəs alın, sonra omuzlarınızı yuxarı qaldırın və bu vəziyyətdə 5 saniyə saxlayıb, aşağı salın.

Streçinq hamımız üçün təbii hərəkətlərdir. Uzun zaman bir mövqedə oturanda istər – istəməz ayaqlarımızı yaxud qollarımızı uzatmağa başlayırıq. Bu çox gözəl hissdir!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir