“Stress aclığı”na son?

Baxış sayı: 1. 427

Bir çox insanlar stress keçirərkən çox yeyirlər. Bu da, təbii ki, artıq çəkiyə səbəb olur. Amma bu, daha qorxulu deyil. Çünki stress zamanı artıq qida qəbulunun qarşısını alan dərman kəşf olunub. Mütəxəssislər bu dərmanın hazırlanması üçün uzun-uzadı araşdırmalar aparıblar.

Nəhayət, Amerikanın Qida Məhsulları və Dərman Preparatları Üzərində Sanitariya Nəzarəti İdarəsinin mütəxəssisləri stress zamanı çox yeməyi lokallaşdırmaq üçün analoqu olmayan preparatı qeydiyyatdan keçiriblər. Bu preparat stresli situasiyalarda işləyir.

Alimlər dərman vasitəsinin effektivliyinə şübhə etmirlər. Çünki 724 nəfərin iştirakı ilə keçirilən kliniki sınaqlar müsbət nəticə verib.

Dərmanın əsas təsir qüvvəsi lisdeksamfetamin dimesilat maddəsi ilə əlaqədardır. Bu maddə qida qəbuletmə normasını nizama salır.

Bununla belə, dərmanın yan təsirləri də var. O, susuzluq, yuxusuzluq və narahatlıq kimi hisslər yarada bilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir