BItki

Stressi aradan qaldıran müalicəvi bitki – Berqamot çayının faydaları

Baxış sayı: 137

Çay Azərbaycanda ən çox sevilən içkilərdən biridir. Əksər insan isə qara çay aludəçisidir. Qara, xüsusilə də berqamont  çayının bilinməyən faydaları çoxdur.

Berqamont çayı yorğun insanı sakitləşdirir, stressi aradan qaldırır. Aparılan araşdırmalar zamanı bu bitkinin sahib olduğu aromaterapi xüsusiyyətinin insanın ruh halının dəyişdirdiyi və antidepressif faydası sübut olunub.

Ən əsas faydalarından biri də köklüyü arıqlatmasıdır. Orqanizmdə maddələr mübadiləsinin düzgün fəaliyyətinə kömək edir.

Adətən qara çayın dişlərin rəngini dəyişdirdiyi deyilir.  Ancaq berqamont çayının tərkibindəki florür maddəsi dişləri gücləndirir, zərər vermədən asit istehsal edəcək bakteriyaların qarşısını alır.

Tərkibində çox az şəkildə kafein var. Bu isə insana enerji verərək yorğunluğu alır. Ancaq bu qəhvə kimi deyil. Tərkibindəki kafein yuxunuzu qaçırtmaz. Ancaq hər içki və qida kimi bergamont çayını da həddindən çox içmək məsləhət görülmür. Həddindən artıq qəbulu əsəbilik yarada bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir