STRESS

Stressi aradan qaldırmağın 14 yolu

Baxış sayı: 835

Fikir dağınıqlığı, diqqəti cəmləşdirməyin qeyri-mümkünlüyü, daxildə xoş olmayan hisslər – bunlar stressin tipik simptomlarıdır. Stressdən azad olmaq təkcə sizi normal həyata qaytarmır, eyni zamanda tez yaşlanmağında qarşısını alır, axı stress orqanizm üçün çox zərərlidir! Beləliklə,  stressi aradan qaldırmağın 14 yolunu təqdim edirik.

 

Saç daramaq

Yoğun iş günündən,kompyuter qarşısında saatlarla oturduqdan,fiziki işdən sonra stressi aradan qaldırmağın ən yaxşı üsullarından biri saçlarınızı daramaqdır.Saçları 10-15 dəqiqə ərzində daramaq beyin qan dövranını yaxşılaşdırmaqla stressi aradan qaldırır.

 

Dondurma yemək

Dondurma dadlı və sərinləşdirici qida hesab edilir.Dadlı qida isə stressi aradan qaldıran ən yaxşı vasitələrdən biridir.Daha doğrusu dondurma antistress dopinqdir.Yaxşı əhval ruhiyədə qalmaq üçün Omeqa-3 yağı da çox faydalı qida sayılır.Çünki,Omeqa-3 yağı sinir sistemini möhkəmləndirmək qabiliyyətinə malikdir.

 

 Massaj

Enerjinizi qoruyub saxlamaq və stressinizi atmaq istəyirsinizsə o zaman burnunuzun altında tən ortada dodağınızın üst olan hissənini və ovucunuzun içini nöqtə massajı edin.

 

Ovucun içini massaj etmək

Bu massaj orqanizmdəki gərginliyi aradan qaldırır və insanın sinir sistemini sakitləşdirir.Qulaqları da ovuşdurmaq sinir sistemindəki gərginliyi aradan qaldırır.Bu vasitə iş zamanı daha çox insanların köməyinə çatır.

 

Əlləri övkələmək

Bir-çox insanlar vardır ki,onlar əsbləşərkən əllərini bir-birinə sıxıb övkələyirlər.Bu əsəbləşən zaman əzələlərin elastikliyini itirdiyi üçün baş verir.Bu əlamət yalnız əl və çiyin əzələlərində deyil,boyun və onurğa ətrafı əzələlər üçün də keçərlidir.

 

 Təmizlik işləri etmək

Mütəxəssislər yır-yığış etməyin insana xoş təsir bağışladığını söyləyirlər.Əşyaları yığıb-yığışdırmaq,uzun müddət təmizlənməyən yerlərin təmizlənməsi və qaydaya salınması insana sakitlik gətirir.

 

 Tək qalmaq

Bəzən qısamüddətli tənhalıq insana öz fikirlərini toplamaqda yardım edir.Psixoloqlar stressli vəziyyətlərdə tək qalıb düşünməyi məsləhət bilirlər.Gərgin vaxtınızda sakit bir guşəyə çəkilin və ürəyinizdən keçənləri bir vərəqə yazın.Gələcək planlarınızı və arzularınızı da yazsanız çox rahatlıq tapacaqsanız.

 

  Aromaterapiya

Gözəl və güclü ətirlər insan psixologiyasına təsir etməklə yanaşı əhval-ruhiyəni də qaldırır.Bunun üçün əlinizin altında daima ətir saxlayın.Çünki,gözəl ətirlər insana özünü xoşbəxt hiss etdirir.Gözəl ətir insana ilahi bir sevinc bəxş etmək qabiliyyətinə malikdir.

 

 

 

 

Rəqs edin

Əsəbi olduğunuz zaman ritmik musiqi altında rəqs etməyə çalışın.Əgər evdə rəqs etməyə imkanınız yoxdursa o zaman fitnes kluba gedin.Bu sizə stressinizi atmaqda köməkçi olacaq.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir